ABŞ İraqda İŞİD-ə qarşı əməliyyatı gələn il başa çatdıracaq
Bir ildən sonra ABŞ İraqda İŞİD terror qruplaşmasına qarşı beynəlxalq əməliyyatı başa çatdıracaq.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi xüsusi brifinqdə məlumat verib.
Qeyd olunub ki, ABŞ-la İraq Yaxın Şərq ölkəsinin hərbi missiyasının dayanıqlı olması üçün vaxt qrafiki müəyyən edirlər.
"Bu keçidin necə olacağını və nə vaxt baş verəcəyini müəyyən etmək üçün İraq və antiterror koalisiya tərəfdaşlarımızla işləyirik. Bu müzakirələr keçid dövrünü və ikitərəfli ABŞ-İraq təhlükəsizlik münasibətlərinin gələcəyini müəyyən etmək üçün bugünkü elandan sonra davam edəcək. Beləliklə, bu gün biz Birləşmiş Ştatlar və İraqın "Sarsılmaz əzm" əməliyyatı üçün iki mərhələli keçid planı üzərində razılaşdıqlarını elan edirik".
Onun sözlərinə görə, birinci mərhələdə Birləşmiş Ştatlar İraq ərazisində əməliyyatları dayandıracaq və qarşılıqlı razılaşma əsasında koalisiya qüvvələrinin ölkənin müəyyən bölgələrində mövcudluğuna son qoyacaq.
"İraqda keçid dövrü bu ilin sentyabrında başlayacaq, bir il davam edəcək və 2025-ci ilin sentyabr ayının sonunda başa çatacaq. ABŞ və İraq Suriyadakı İŞİD-in bölgə üçün əhəmiyyətli bir təhlükə olaraq qaldığını qəbul edir və terror qruplaşmasının məhvi üçün işi davam etdirməyə sadiqdirlər. Bu baxımdan, ikinci mərhələdə Suriyanın şimal-şərqindən İŞİD terror təhlükəsinin yenidən alovlanmasının qarşısını almaq üçün ABŞ və İraq hökuməti koalisiyanın Suriyada İŞİD-ə qarşı əməliyyatlara İraqdan dəstəyini davam etdirməsinə imkan verən razılığa gəliblər".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 951 Tarix: 28 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq
İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir
25 sentyabrABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini
25 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabrBraziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub. xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb. Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumə
26 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrDünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl
25 sentyabr