Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisa

Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisaLent.az "Bioqrafiya" rubrikasında aktrisa Zarina Qurbanova barədə məlumat verir

- Zarina Qurbanova harada və nə zaman anadan olub?

Zarina 17 dekabr 1990-cu ildə Sumqayıt şəhərində hərbçi ailəsində dünyaya gəlib. O, öncə 190 nömrəli, ardınca isə 191 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-2004-cü illərdə Rusiyada yaşayıb.

- Zarina Qurbanovada incəsənətə meyl necə yaranıb?

Zarina 3 nömrəli musiqi məktəbin vokal bölməsində musiqi təhsili də alıb. Həmçinin, həmin dövrdə muğam, rəssamlıq və rəqslə də məşğul olub.

"7 il vokal və 7 il muğam təhsili almışam. Yəni mən təhsilli bir insanam. Elə müğənni var, mənə deyir, sənin təhsilin var, amma mənim yoxdur. Mən üzərimdə işləməli idim. Bu mənim sənətim olmadığı üçün işləmədim. Amma işləsəydim, ifaçılıq sənətini də davam etdirə bilərdim. Mən sadəcə aktyoruluq sənətini seçdim çünki bu peşəni sevirəm. Əsl ixtisasımsa rejissorluqdur" o deyib.

O, 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olub. Zarina tələbəlik illərindən istedadını göstərməyə başlayıb, seçilən gənclərdən olmağı bacarıb. O, 2012-ci ildə universiteti qırmızı diplomla bitirib. Zarinanın fərqlənmə diplomu ilə universiteti bitirməsi isə nə müəllimləri, nə də tələbə yoldaşları üçün sürpriz deyildi. Əksinə, onun olduqca istedadlı olması səbəbiylə bu uğura yiyələnəcəyini gözlənilirdi.

"Ailəm mənim incəsənət adamı olmaq istəmirdi, öz arzum, istəyimlə bu yolu getdim. Aktrisalığa bu işi çox sevərək gəlmişəm. Uşaqlıqdan musiqiylə məşğul olmuşam. Vokalı və rəssamlığı bitirmişəm, rəqslə də məşğul olmuşam. Uşaqlıqdan incəsənətin bütün sahələrini sevirdim, əvvəllər müğənni olmaq istəsəm də, böyüdükcə özümü aktyor sənətində tapdım. Sevdiyim işlə məşğulam deyə, bu iş mənə ruhi sakitlik qazandırdı. Yəni mən bütün sevincimi, rahatlığımı məhz burda tapdım" deyib.

- Zarina Qurbanova subaydır?

Bəli. Aktrisa kişilərə qarşı travması olduğunu deyib. O kişilərə inanmadığını, gələn sevgi təkliflərini rədd etdiyini bildirib. Aktrisa qeyd edib ki, estetik etdirmiş bir oğlanla ailə qura bilməz. Zarina mentallıq səbəbilə şüuraltında bığıburma kişi obrazının canlandığını və buna görə də başqa görünüşdə şəxsləri bəyənmədiyini bildirib.

- Zarina Qurbanova hansı filmlərə çəkilib?

İstedadlı aktrisa "Döngələr", "Məhkumlar", "Arzuların ardınca", "Məriz", "Sara", "Üçüncü günün adamı", "Gizlənpaç", "Tayson", "Don Marleone", "Xənnas", "Ailəcanlı", "Könül yarası", "Estakada", "Ağacdələn", "Mənim balaca Şahzadəm", "Əks təsirlər", "S.Ə.S", "Köhnə çamadanlar" kimi çox sayda film və serialda müxtəlif obrazlara həyat verib.

- Zarina Qurbanovanın əsl adı nədir?

"Çox adam bilmir, amma mənim əsl adım Zinyətdir, sadəcə qardaşım mənə uşaqlıqdan o qədər "Zindulla" demişdi ki, artıq adıma qarşı travmam var idi. Universitetə daxil olduqdan sonra isə qardaşım deyirdi ki, gəlib hamını öyrədəcəm ki, sənə "Zindulla" desinlər və buna görə də, artıq özümə Zarina adını ləqəb seçdim"- o bir müsahibəsində bildirib.

- Zarina Qurbanova atası ilə küsülüdür?

Zarina Qurbanova ata sevgisi görmədən böyüdüyünü bildirib. O, atasına qəlbən küs olduğunu söyləyərək, "atam olub, amma olmayıb, atalığı ancaq anamda görmüşəm" deyib. Zarina Qurbanova bildirib ki, atası kiçik yaşlarından anası tərəfindən uşaq evinə atıldığı üçün onda qadınlara qarşı travma yaranıb:

"İllər idi ki, onunla barışa bilmirdim. Amma ona haqq vermişəm. Hazırda o bizlə bir yerdə deyil. Bu yaxın zamanlarda onu anladım. Oturub düşündüm ki, atamın da uşaqlıq travmaları var. Nədir axı bu? Qadınlara qarşı sevgisizlik... Atam kiçik yaşlarında uşaq evində böyüyüb.
Uğurumu atama borcluyam. Bütün etdiklərim, öz ayaqlarım üzərində dayanma səbəbim atamın bir dəfə də olsun məni qucaqlayıb, "yaxşı ki sən mənim qızımsan" deməyini istəməyim idi. Atam olub, amma olmayıb. Atalığı ancaq anamda görmüşəm. Amma atamı artıq bağışlamışam. Sadəcə ömrüm boyu kişi çiyninə ehtiyacım olub. Bunu nə atadan. nə qardaşdan gördüm", deyə bir müsahibədə bildirib.

- Zarina Qurbanovanın karyerasında ən böyük uğur nəyi hesab edir?

Zarina Qurbanova karyerasının zirvəsini "Komedixana"da yaşadığını bildirib. Hər həftə onun çıxışını izləmək üçün tamaşalara baxmağa gedənlərin sayı durmadan artmaqdadır. Şübhəsiz ki, "Komedixana"nın bu qədər çox sevilməsinin əsas səbəblərindən biri də Zarina Qurbanova kimi istedadlı aktrisanın aparıcı rolları ifa etməsidir. Onun canlandırdığı obrazlarla səhnəciklər daha da maraqlı alınır.

- Aktrisa olmaq Zarina Qurbanovanın əlindən nə alıb?

"Bəlkə də sənətdə olmasaydım, ailə qurardım və gözəl ana, ev xanımı olardım. Sənətdə olmaq, bizim mental düşüncənin olduğu bir cəmiyyətdə fəaliyyət göstərmək çox çətindir. Ruhuma yaxın biri var. Sənətimi ailəmə qurban verərdim. Səhnədə olmaq, tanınmaq şəxsi həyatımda problem yaratdı və yaradır. Daim diqqət mərkəzindəyəm deyə, qısqanclıqlar çox olur. Əvvəl belə düşünmürdüm, amma indi dərk edirəm ki, ən önəmlisi elə ailədir. Karyeramı ailəyə qurban verərdim, bir şərtlə ki, özümü xoşbəxt hiss edim. Həyat yoldaşımın mənə verəcəyi həyata da baxaram. Amma düzü, mən çox dinamik olduğum üçün bir yerdə qalacaq adam deyiləm, tam evdar xanım ola bilmərəm" deyib.

- Zarina Qurbanova öz xarakteri haqqında nə deyir?

Sözü üzə deyənəm. Elə buna görə də yola getmədiyim çox insan var.Tez coşuram, hisslərimi gizlədə bilmirəm, nədirsə odur! Çılğın, pozitiv, həssas. İşdə də, həyatda da nəyi bəyənmədimsə, sözümü yerindəcə deyirəm, elə ona görə də bir çox insanla aram yoxdur. Daha doğrusu, onların mənimlə arası yoxdu. Ən pis vərdişim evə gec gəlməyidir. İşim olmayanda gəzirəm. Özüm-özümlə qalanda çox kədərli oluram. Ona görə də təklikdən qorxuram. Qorxuram ki, çökməyi" deyə o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 8682   Tarix: 30 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran prezidenti ABŞ-ı bununla günahlandırdı

İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo

25 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr
.

Qadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi

Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin

25 sentyabr
.

Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib

Süni intellekt çox sayda insanın ölümünə səbəb ola biləcək təhlükələr yaratmaq potensialına malikdir. "Report"un məlumatına görə, "Microsoft"un təsisçisi Bill Qeyts bunu "NBC News"a müsahibəsində bildirib. "Süni intellekt şübhəsiz ki, bir milyard insanın ölümünə səbə

26 sentyabr
.

ABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq

İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir

25 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

Şiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib

Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları

26 sentyabr
.

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Historia"

24 sentyabr
.

ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər

ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma

24 sentyabr