12 saat uçdular və heç yerə çata bilmədilər
İranın İsrailə gecə hücumundan sonra bir çox aviaşirkət reysləri marşrutundan yayınaraq müxtəlif şəhərlərdə məcburi eniş edib.
Sonxeber .az xəbər verir ki, Parisdən Mumbaya gedən təyyarədə olan sərnişinlər 12 saatlıq yoldan sonra yenidən Parisdə olublar.
Avropa və Şimali Amerikadan Körfəz və Cənubi Asiyaya uçuşlar normal olaraq Türkiyənin cənub-şərqindən keçir, İran və ya İraq üzərindən davam edir.
Lakin İrandan İsrailə atılan raketlərə görə İraq və İran hava məkanları, eyni zamanda İordaniya hava məkanı da müvəqqəti bağlanıb.
Bu xaosun ən parlaq nümunəsi Air France-ın Parisdən Mumbaya gedən AF218 reysi olub.Təyyarə səkkiz saatlıq "səyahət"dən sonra Parisə qayıtmalı olub.
Airbus A350 dörd saatlıq gecikmə ilə Şarl de Qoll hava limanından havaya qalxıb, lakin İraq hava məkanı bağlanandan sonra təyyarə geri dönüb.
Təyyarə Parisə başlanğıc vaxtından 12 saat sonra gəlib.
Bu uçuşdan başqa bir çox təyyarə cənub marşrutu ilə yönləndirilib və Misir vasitəsilə Səudiyyə Ərəbistanının daxili ərazilərinə uçmalı olub.
Marşrutların uzun olması səbəbindən bəzi təyyarələr yanacaq doldurmalı olub və bir çox reys təyinat yerinə iki-üç saat gec gəlib.
Ən çox zərər çəkən Emirates və Qatar Airways kimi aviaşirkətlər olub.
Londondan Dubaya uçan British Airways aviaşirkətinə məxsus BA107 reysi İraq-Türkiyə sərhədi yaxınlığında marşrutu dəyişərək Cənubi Kiprin Larnaka hava limanına enərək təyinat yerinə 4 saat gec çatıb.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3622 Tarix: 04 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrYunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb
Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa
25 sentyabrAİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək
Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu
25 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabr2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)
Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5
25 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabrPezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"
26 sentyabrABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah
26 sentyabr