14 yaşlı məktəbli 2 müəllimə və 1 şagirdə bıçaqla xəsarət yetirib
Böyük Britaniyada məktəbdə 14 yaşlı məktəbli qız iki müəllimi və bir şagirdi bıçaqlayıb. Carmarthenshire əyalətindəki Amman Valley məktəbində baş verən hadisədə müəllimlər F.Elias, L.Hopkin və bir şagird yaralanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 14 yaşlı məktəbli qızın iki müəllimi və bir şagirdi bıçaqladığı iddia edilən şok hadisə məhkəmə qarşısına çıxarılıb. Hücum zamanı müəllimlər Fiona Elias, Liz Hopkin və bir şagird yaralanıb. Xüsusi ilə 53 yaşlı L.Hopkin dörd bıçaq zərbəsi alıb, digər müəllim F.Elias isə boynundan yaralanıb.
Kadrlarda şagirdin hücumdan əvvəl məktəb zalında vaxt keçirdiyi və bıçağı yerə basdığı görünür. Qız daha sonra müəllimlərlə danışmağa başlayır və qəfildən bıçağı çıxarıb hücum edir. Elias xanıma hücum etdikdən sonra onu dayandırmağa çalışan digər müəllimə də bıçaq zərbəsi vurur.
Hadisədən sonra məktəb işçiləri Steven Hagget və Darrel Kampbell qızı sakitləşdirməyə çalışsalar da, qızın daha bir şagirdi də yaraladığı qeyd edilib. Sonda cənab Kempbell tərəfindən məğlub edilən hücumçu məktəb meydançasında xəsarət yetirmək niyyəti və kəsici əşyaya sahib olmaq ittihamlarını boynuna aldı, lakin qətlə cəhdi rədd etdi.
Prokuror Villiam Hughes , xanım Hopkinin ən ciddi xəsarət aldığını və ambulansla Kardiffə aparıldığını söylədi. Xanım Elias və yaralanan tələbə Suonsidəki xəstəxanada müalicə olunub. Müalicədən sonra üç yaralı evə buraxılıb.
Hüquqi səbəblərdən adı açıqlanmayan müttəhimin məhkəməsi bazar ertəsi davam edəcək. Hadisə məktəb təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb və cəmiyyətdə şok effekti yaradıb. Səlahiyyətlilər oxşar hadisələrin qarşısını almaq üçün görülə biləcək tədbirləri qiymətləndirir.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2154 Tarix: 07 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabr