"Narahat olma, qızın etibarlı əllərdədir..."

"Narahat olma, qızın etibarlı əllərdədir..."Türkiyənin İstanbul şəhərində keçmiş sevgilisi Semih Çelik tərəfindən vəhşicəsinə qətlə yetirilən 19 yaşlı İkbal Uzunerin atası Hasan Uzunerin polis bölməsində verdiyi ifadəsi ortaya çıxıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.

Atasının sözlərinə görə, qızı və Semih məktəbdə tanış olublar:

"Qızım liseyi Fatih rayonunda oxuyub. Semih Çeliklə məktəbdə tanış olublar. Liseydə üçüncü sinfin birinci yarısında Semih qızımı narahat etməyə başladı. Daha sonra qızımın məktəbini dəyişdim. O, bir müddət Semihlə dostluq etdi, lakin yaşadığı narahatlıqlar səbəbi ilə psixologiyası korlandı".

H. Uzuner Bildirib ki, İkbal və Semih 1,5 ildir heç bir əlaqə qurmayıb:

"Onu psixoloqa göndərdim. Qızım məndən pişik istədi, aldım. Pişiklə vaxtını keçirməyə başladıqdan sonra psixologiyası yaxşılaşdı. Son 1,5 ildə vəziyyəti xeyli yaxşı idi, düzəlmişdi. Semih Çelikin anası bizə zəng edib dedi ki, oğlumun yeni sevgilisi var, çox xoşbəxtdirlər, daha qızınızı narahat etməyəcək. Bundan sonra daha da rahatlaşmışdıq".

Fotoda Hasan Uzuner:
"Narahat olma, qızın etibarlı əllərdədir..."O, ifadəsinə belə davam edib:

"Hadisə baş verən gün də yoldaşım qızıma zəng etdi, ancaq telefona bir kişi cavab verdi və "Narahat olma, qızın etibarlı əllərdədir", - dedi. Həyat yoldaşım qızıma yenidən zəng edəndə bu dəfə başqa bir kişi cavab verdi və telefonun qala divarından düşdüyünü dedi. Yoldaşıma yerini izah etdi və gəlib telefonu götürə bilərsiniz dedi. Bundan sonra mən də qızıma zəng etdim. Telefona cavab verən kişi mənə dedi ki, telefonu ancaq anasına təhvil verəcək.

Yoldaşımla birlikdə qızımın telefonunu almağa getdik. Telefonu evsiz bir şəxs qala divarından düşdüyü yerdə tapıb. Bəlkə qızımız da qala divarının üstündədir deyə yuxarı qalxmaq istədik, amma simlər olduğu üçün qalxa bilmədik. Aşağı düşəndən sonra böyük bir insan kütləsinin divarlara doğru baxdığını gördük. Bəlkə qızımız da ordadır deyə həmin istiqamətə addımladıq və bu zaman qızımın başını gördüm".

Fotoda İkbal Uzuner
"Narahat olma, qızın etibarlı əllərdədir..."Xatırladaq ki, hadisə oktyabrın 5-də İstanbul şəhərinin Fatih rayonunda baş verib. Psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.

Fotoda Semih Çelik
"Narahat olma, qızın etibarlı əllərdədir..."Fotoda Ayşenur Halil
"Narahat olma, qızın etibarlı əllərdədir..."


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1904   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pentaqonun rəsmi hesabatı: İranla münaqişədə yaralanan hərbçilərin sayı açıqlandı

İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 861 nəfərə çatıb. xəbər verir ki, bu barədə ABŞ qüvvələrinin verdiyi itkilərlə bağlı Pentaqonun dərc etdiyi son hesabatda qeyd olunub. Məlumata əsasən, fevralın sonlarında İrana qarşı başladıla

26 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Avropada temperatur +40 dərəcəyə yüksələcək

Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1

24 sentyabr
.

Trampdan Rusiya və Çinə dialoq TƏKLİFİ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində

26 sentyabr
.

Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq

Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana

23 sentyabr
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26 sentyabr
.

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin

26 sentyabr
.

Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib

Süni intellekt çox sayda insanın ölümünə səbəb ola biləcək təhlükələr yaratmaq potensialına malikdir. "Report"un məlumatına görə, "Microsoft"un təsisçisi Bill Qeyts bunu "NBC News"a müsahibəsində bildirib. "Süni intellekt şübhəsiz ki, bir milyard insanın ölümünə səbə

26 sentyabr
.

Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər

Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Al Jazerra" telekanalına müsahibəsində deyib. "Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yol

26 sentyabr