Türkiyədə azərbaycanlı iş adamı güllələndi - Video
Türkiyənin Bursa şəhərində azərbaycanlı iş adamı çayxanada güllələnib.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Bursanın Gürsü bölgəsində qeydə alınıb.
Bildirilir ki, motosikletdə olan 2 şübhəli adı açıqlanmayan azərbaycanlı iş adamının olduğu çayxanaya gələrək onun ayağına 3 dəfə atəş açıblar.
Xəstəxanaya çatdırılan iş adamı polisə bir müddətdir telefonda tanımadığı şəxslər tərəfindən təhdid edildiyini və ondan külli miqdarda pul tələb olunduğunu bildirib.
Bunun ardınca Bursanın Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 300-dən çox təhlükəsizlik kamerası görüntülərini izləyərək şübhəli şəxslərin axtarışı ilə məşğul olub. Axtarış nəticəsində 17 yaşlı M.M.Ç. və 18 yaşlı B.A. hadisəni törətdikləri silahla birgə saxlanılıb.
Həmin şəxslərin "Daltonlar" olaraq tanınan dəstə üzvləri olması müəyyən edilib. Bunun ardınca Bursa, Muğla, İstanbul və Hatayda sözügedən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib və 8 nəfər saxlanılıb. Məsələ ilə bağlı araşdırma davam etdirilir.
Türkiyə KİV-in məlumatına görə, "Daltonlar" adlı dəstə Türkiyədə varlı iş adamlarını ölümlə hədələyib əmlaklarını mənimsəməklə məşğuldur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1525 Tarix: 09 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq
İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir
25 sentyabrTramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib. "Report"un məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rəd
26 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabr