Sərkisyan QORXUDA - narazılar birləşir

Sərkisyan QORXUDA - narazılar birləşirErmənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın sədrlik etdiyi "Birlik" partiyası yaxın günlərdə sabiq müdafiə naziri Seyran Ohanyanla əməkdaşlığın formatı barədə rəsmi açıqlama verəcək. Musavat.com-un məlumatına görə, bu barədə erməni jurnalistlərinə "Birlik" partiyasının sədr müavini Stepan Markaryan deyib. "Gələcəkdə bizim əməkdaşlığımız necə olacaq, tezliklə açıqlayacağıq, amma hələlik formatı müzakirə edirik"- o, bildirib. Markaryan Seyran Ohanyanın partiyasız olduğunu xatırladıb: "Ancaq biz istənilən halda qarşılıqlı əlaqələrin formatını tapacağıq".

"Birlik" partiyasının funksioneri ölkədəki digər güclərlə əməkdaşlığı da istisna etməyib. Bu sırada "Respublika", "Parlaq Ermənistan",Vətəndaş müqaviləsi" partiyalarından ibarət "Çıxış" Blokunun adını xüsusi qeyd edib. "Hələlik bu istiqamətdə intensiv danışıqlar yoxdur, ancaq biz əməkdaşlığa hər zaman hazırıq"-deyə, Markaryan bildirib. Sədr müavini onu da əlavə edib ki, hələlik yekun qərarların qəbulu üçün vaxt var.

Qeyd edək ki, S.Ohanyan aktiv siyasi fəaliyyətə başladığını və konkret hədəflərini elan etmişdi. O, bir sıra qüvvələrlə danışıqlar apardığını bildirsə də, fikrini konkretləşdirməmişdi. Ancaq ardınca erməni mətbuatı Ohanyanın 17 yanvarda "Birlik" partiyasının sədri Vardan Oskanyanla görüşdüyü haqda xəbər yaydı.

Yerli media parlament seçkilərində hakim partiyaya ciddi problemlər yaradacaq Sergey Ohanyan-Vardan Oskanyan-Raffi Hovannisyan blokunun yaranacağını istisna etmirlər. Yeri gəlmişkən, V.Oskanyan və S.Ohanyan məhz aprel savaşından sonra Sərksiyan hakimiyyətinə qarşı çıxaraq aktiv siyasi proseslərə qatılıblar. Sabiqlərin seçkiöncəsi koalisiya yaratması hakimiyyətinin ağır dövrünü yaşayan Serj Sərkisyanı çıxılmaza salıb.

Ötən il müxalifət lideri Levon Ter-Petrosyanın ayağına gedib onu müəyyən müddətdə zərərsizləşdirməyi bacaran S.Sərkisyanın qorxulu yuxusu çin olur, müxalifətin konsolidasiyası barədə hər gün yeni xəbərlər gəlir, üstəlik, Ter-Petrosyan da aktiv fəaliyyətə start verib. Müşahidəçilər hesab edir ki, Ermənistan prezidentinin iki gün əvvəl keçmiş baş prokuror Qevork Kostanyanı özünə müşavir təyin etməsi də bu çıxılmazlığın əlamətidir. Konstanyan aprel döyüşlərinin getdiyi günlərdə "səhhəti ilə əlaqədar" istefaya getmişdi. Ancaq onun yenidən komandada yer alması başqa mətləblərdən xəbər verir. Sərkisyan narazıları neytrallaşdırmaqla komandasını möhkəmləndirmək istəyir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2539   Tarix: 20 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə qocalar evində baş verən qətliamın görüntüləri -VİDEO

Antalyada qocalar evində 2 nəfərin bıçaqla öldüyü, 1 nəfərin ağır yaralandığı hadisənin kamera görüntüləri ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki, Antalyada qocalar evində 2 nəfəri öldürən, 1 nəfəri ağır yaralayan şəxsin hücumu həyata keçirdiyi anların görüntüləri ortaya çıxıb. Görüntülərd

4 may
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

4 may
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

4 may
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

5 may
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

5 may
.

Acun Ilıcalıya ağır itki üz verdi

Türkiyəli iş adamı Acun Ilıcalının ailəsinə ağır itki üz verib. xəbər verir ki, onun 86 yaşlı əmisi Gürbüz Ilıcalı dünyasını dəyişib. Bu barədə Ilıcalı özü bildirib. O 86 yaşlı əmisinin fotosunu paylaşaraq onun dünyasını fəyişdiyini deyib:. "Yaxşılıqdan başqa heç nə düşünməyən, çətinlikdə olan hə

3 may
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

5 may
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

3 may
.

Biznesmenlər arasında DAVA: şəriklərini öldürüb yandırdılar

Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərindən bir qədər aralıda gəmi kanalının sahilində iki kişi vəhşicəsinə qətlə yetirilib. yerli mediaya istinadla bildirir ki, Sergey Kaçan və Eduard Rudayev qətldə şübhəli bilinərək saxlanılıb. Onlar hazırda həbsdədirlər. Qeyd olunur ki, onlar öldürülənlərdə

3 may