Dünyanın ən uzunömürlü "Benjamin Button"u dünyasını dəyişdi - FOTO
Progeriya kimi tanınan və xalq arasında "Benjamin Button xəstəliyi" adlandırılan nadir genetik xəstəlikdən dünyada ən uzun müddət sağ qalan Sammy Basso 28 yaşında vəfat edib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, xəstəliyə 2 yaşında ikən diaqnoz qoyulan Basso 10 yaşında ailəsinin dəstəyi ilə İtalyan Progeria Sammy Basso Dərnəyini qurub.
Ömrünü bu xəstəliklə bağlı maarifləndirməyə həsr edən Basso, National Geographic-də yayımlanan "Sammy's Journey" sənədli filmində də göründü və gen mühəndisliyi ilə progeriya müalicəsini araşdıran magistrlik dissertasiyası yazdı.
Semmi Basso oktyabrın 5-də axşam ailəsi və dostları ilə şam yeməyi zamanı yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım qrupları Bassonu həyata qaytarmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Ölümündən cəmi bir neçə həftə əvvəl Çindən qayıdan gənc bioloq ölümündən bir gün əvvəl Venesiyada ətraf mühit və cəmiyyət sahəsində Paolo Rizzi Jurnalistika Mükafatını alıb.
1 dekabr 1995-ci ildə Thiene şəhərində anadan olan və Tezze sul Brentada yaşayan Sammy Basso 2018-ci ildə Padua Universitetini Təbiət Elmləri üzrə bitirib. 2021-ci ildə həmin universitetdə Molekulyar Biologiya üzrə magistratura pilləsini bitirib.
Bassonun ailəsi açıqlamasında bildirib - "Biz bu həyat yolunun bir hissəsini onunla bölüşmək imtiyazına sahib olduğumuz üçün dərin minnətdarlıq hissi duyuruq. O, bizə həyatın maneələri nə qədər keçilməz görünsə də, doya-doya yaşamağa dəyər olduğunu öyrətdi".
Bassonun mübarizəsi Progeriya sindromu adlanan bu xəstəlik haqqında məlumatlılığın artırılmasının ən böyük simvollarından biri oldu.
Vüsalə İbrahimli



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3291 Tarix: 10 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniyanın xarici işlər naziri Putinin G20 sammitinə dəvətini alqışladı
Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etmək qərarını alqışlayıb . xəbər verir ki, Vaddeful Ottavada Kanadanın xarici işlər naziri Anita Anand ilə görüşündə bildirib ki, "Prezidentli
26 sentyabrPezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"
26 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrPaşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrTramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib. "Report"un məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rəd
26 sentyabrMəktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi
Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydaların
26 sentyabr