"Uşaq vaxtı onun nənəm olduğunu bilmirdim"

"Uşaq vaxtı onun nənəm olduğunu bilmirdim""Bilirsiniz, edilən yaxşılıqlar gərək həmin adamların arasında qala idi. O, əgər məni, nənəmi istəyirdisə, gərək, heç bu barədə danışmayaydı. Gərək bu mövzular da müzakirə olunmayaydı. Dedim, danışdımsa, elədiyim yaxşılıqlar da gücdən düşür".

Axşam.az xəbər verir ki, bunu Kulis.az-a müsahibəsində Xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə nənəsi ilə onun yaxın rəfiqəsi, həmkarı Nahidə Orucovanın münasibətindən danışarkən bildirib.

Uzun müddət nənəsi ilə N.Orucovanın evində qaldıqlarını bildirən F.İbadzadənin sözlərinə görə, N.Əhmədova orada təmənnasız qalmayıb:

"Hər şey qarşılıqlı olub. Təkcə mənəvi yox, hərtərəfli. Bu məsələ danışılanda, dedim ki, ikinizə də ayıb olsun. Yenə də sən Nuriyyə xanımın adını çəkirsən də. Ümumiyyətlə, böyüklük eləyib o mövzuya toxunmamalı idi.

Nuriyyə xanımın çox böyük ürəyi var idi. Bacısına da bacardığı köməyi eləyib. Vaxtında deyirdim ki, eləmə. Sonra ordan-burdan eşidirdim ki, kimlərəsə pul çatdırıb. Özü də deyirdi ki, Faiqin xəbəri olmasın. O adama eləyərsən ki, qədrini bilsin. Saf, təmiz adam idi".

Faiq İbadzadə nənəsinin vəziyyətinin kəskin pisləşməsinə səbəb olan hadisələrdən də danışıb:

"Qızından sonra özünə çox qapanmışdı. Yadına düşüb kövrəlirdi, ağlayırdı. Birtəhər yaşayırdı. O vaxt mən olmamışam. Sənət dostları deyirdi ki, biz o vaxt onun başını tamaşalarla, rollarla qatırdıq ki, dərdini unutsun. Az da olsa, kömək elədi, ancaq yenə də çox çətin idi. Mənə görə yaşamağa başladı. Ancaq oğlu Əlidən sonra artıq bacarmadı, çökdü. Dedi ki, mən, deyəsən, qalmayacağam. Həkimə aparmaq istədim. Dedi ki, həkimlik deyil. Gərək gedərdik. İnfarkt keçirtmişdi. Necəsə qarşısını almaq olardı".

Xalq artistinin vəfat edən qızının övladı olan F.İbadzadə uşaq vaxtlarından onun öz doğma anası olduğunu zənn edib:

"Ta uşaqlıqdan məktəbə, rəqsə gedəndə görürdüm ki, oradakıların heç biri nənəm qədər qayğıkeş deyil. Hər şeyə görə narahat olurdu. Dərslərimə gəlirdi, tədbirlərimdə iştirak eləyirdi. Ona bağlılığım ən yüksək səviyyədə idi. Onu həmişə anam bilmişəm. Deyirlər ki, insan nədən qorxursa, başına gəlir. Mən də ən çox onu itirməkdən qorxurdum. Fikirləşirdim ki, ona nəsə olsa, neyləyərəm? Ancaq istər-istəməz görürdüm ki, hamının anası gəncdir, amma o daha yaşlıdır. Yenə də barışa bilmirdim. Ona "nənə" deməyə dilim gəlməyib. Uşaq vaxtı bilmirdim nənəm olduğunu. Elə bilirdim elə doğma anamdır.."

Faiq İbadzadə Nuriyyə Əhmədovanın son anlarını belə xatırlayır:

"Bacısı Sevil xanım da bizdə idi. Maya xanım qızına dəyməyə getmişdi. Mənə zəng gəldi ki, ananın vəziyyəti pisdir, tez özünü evə çatdır. Təcili yardım çağırılmışdı. Mikro infarkt keçirmişdi. Həkimlər də gəlib yoxlayıb, - "yaxşısınız, heç nəyiniz yoxdur", - deyib çıxıb getmişdilər. Sonra dedi ki, yox, çox pisəm, ürəyimin içi yanır. Təcili yardım gəldi yenə, xəstəxanaya apardıq. Həkim demişdi ki, narahat olmayın, hər şey qaydasındadır. Gecənin bir yarısı zəng gəldi ki, Nuriyyə xanımın səhhəti pisləşib. Gəldik xəstəxanaya. Reanimasiyada idi. Qapını açmaq istəmirdilər. Birtəhər açdılar. Axır 5-6 dəqiqəsinə çatdırdım özümü. Əlini tutdum. Gördüm gedir, özümü saxlaya bilmədim. Çox pis oldum. Bərk-bərk tutmuşdu əlimdən. Eləcə gülümsündü. Ancaq gözündən yaş gəlirdi. Beş dəqiqə sonra keçindi".

Qeyd edək ki, N.Əhmədovanın yenicə ana olan qızı 1996-cı ildə kürəkəni tərəfindən qətlə yetirilərək öldürülüb. Sənətçinin oğlu Əli isə 37 yaşında xərçəngdən dünyasını dəyişib.

O, özü 2015-ci ilin oktyabrın 10-da ürək tutmasından Bakıda vəfat edib. Sənətçi vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1753   Tarix: 10 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr