BDU-nun Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən yeddi əsas astronomik hadisəni açıqlayıb
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən yeddi əsas astronomik hadisəni açıqlayıb.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, həmin hadisələr aşağıdakılardır:
1. 2027-ci il: Əsrin ikinci ən uzun Günəş tutulması
Əsrin ikinci ən uzun Günəş tutulması 2 avqust 2027-ci ildə baş verəcək və tam qaranlıq təxminən 6 dəqiqə 24 saniyə davam edəcək. Şimali Afrikadan daha yaxşı müşahidə olunacaq bu tutulma 2114-cü ilə qədər ən uzun tutulma olacaq.
2. 2029-cu il: Asteroidin uçuşu
13 aprel 2029-cu ildə "99942 Apofis" asteroidi Yerə yaxınlaşaraq, planetimizdən cəmi 31 000 kilometr (19 600 mil), Aydan on iki dəfə yaxın məsafəyə çatacaq. Bu asteroid Avropanın, Afrikanın və Asiyanın bir hissəsində təxminən iki milyard insan üçün aydın, qaranlıq səmada adi gözlə görünəcək.
3. 2031-ci il: "Leonid" meteor fırtınası
"Leonid" meteor yağışı Yer kürəsi "Tempel-Tuttle" kometasının qoyub getdiyi qalıqlardan keçdikdə baş verir. "Tempel-Tuttle" indiki 33 illik orbitində Yerə yaxınlaşdıqdan sonra planetimiz 17-18 noyabr 2031-ci il tarixlərində kometanın təzə izindən keçəcək. "Tempel-Tuttle"nin son izlərində qalan çoxlu miqdarda zibil yüksək sürətlə üstümüzə yağacaq, kosmik cismin parçaları atmosferimizdə yanarkən səmada parlayacaq. Bu hadisə bütün dünyada ulduzları seyr edənlər üçün unudulmaz bir ulduz tamaşası yarada bilər.
4. 2040-cı il: Planetlərin düzülüşü
8 sentyabr 2040-cı ildə Merkuri, Venera, Mars, Yupiter, Saturn və Ayın nadir düzülüşünü görəcəyik. Bu beş planet 2 günlük Ay ilə Günəş batdıqdan dərhal sonra qərb tərəfdə, 8 dərəcəlik kiçik səma zolağında görünəcək.
5. 2052-ci il: Əsrin Super Ayı
6 dekabr 2052-ci ildə Ay 356424 kilometr məsafəyə qədər yaxınlaşacaq və nəticədə həmişəkindən 14% daha böyük görünəcək. Buna oxşar hadisələr 26 yanvar 1948, 14 noyabr 2016-cı illərdə baş verib. Növbəti hadisə 25 noyabr 2034-cü ildə baş verəcək. Lakin 6 dekabr 2052-ci ildəki əsrin ən yaxın Super Ayı olacaq.
6. 2061-ci il: "Halley" kometası
Günəş ətrafında fırlanan 76 illik qısa orbital periodu ilə "Halley" kometası 29 iyul 2061-ci ildə növbəti uçuşu zamanı planetimizin qaranlıq yerlərindən asanlıqla görünəcək. O bizim ən məşhur kosmik ziyarətçilərimizdən biridir. Kometanın ilk müşahidəsi 2000 il əvvəl aparılıb.
7. 2065-ci il: Venera Yupiterin qarşısından keçir
22 noyabr 2065-ci ildə Venera Yupiterin diskini keçərkən və ya tıxayarkən Yerdən görünəcək və bu, Günəş sistemi planetinin 1818-ci ildən bəri ilk görünən tranziti olacaq.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1509 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrTelefonda iki Wi-Fi işarəsi nə deməkdir?
Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"
11 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrBakıda ən ucuz evlər bu ərazidədir
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind
3 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabr