Qızını öldürmək üçün qatil tutdu, öz canından oldu
Hindistanın Uttar Pradeş ştatında baş verən hadisələr ailə münaqişələrinin və yanlış qərarların necə faciəvi nəticələrə səbəb ola biləcəyini ortaya qoydu.
Sonxeber.az xarici medaya istinadən xəbər verir ki, orta yaşlı ana olan Alka Devi qızının eşq həyatından narahat olduğu üçün radikal qərar verib. Qızını məhv etmək üçün bir qatil tutmaq qərarına gəldi.
Bu məqsədlə Alka Sübhaş adlı şəxsdən yardım alaraq, ona külli miqdarda pul təklif edib. Lakin taleyin bir dönüşü Alkanın planlarını alt-üst etdi. Çünki Sübhaş Alkanın qızının gizli sevgilisi idi və Alkanın bu vəziyyətdən xəbəri yox idi, vəziyyəti öyrənən Sübhaş dərhal Alkanın qızı ilə əlaqə saxladı. İkisi bu təhlükəli planı öyrəndikdə şoka düşdülər və əks hərəkət etmək qərarına gəldilər. Onlar birlikdə Alkanı məhv etmək üçün plan hazırladılar. Oktyabrın əvvəlində Alkanın cəsədi Uttar Pradeş ştatının Etah rayonunda darı tarlasında tapıldı. Aparılan araşdırmalar nəticəsində qadının boğularaq öldürüldüyü müəyyən edilib. Polisin araşdırması nəticəsində həm Alkanın qızı, həm də Sübhaş həbs edilib.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2117 Tarix: 15 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrTailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib
Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa
26 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrAlmaniyanın xarici işlər naziri Putinin G20 sammitinə dəvətini alqışladı
Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etmək qərarını alqışlayıb . xəbər verir ki, Vaddeful Ottavada Kanadanın xarici işlər naziri Anita Anand ilə görüşündə bildirib ki, "Prezidentli
26 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabr