"Ghost Rider" filmi reallığa çevrildi - VİDEO
Hindistanda avtomobilin alov topuna çevrilərək idarəetmədən çıxması magistral yolda panikaya səbəb olub. Kameraya düşən həmin anlar ağıIlara "Ghost Rider" filmini gətirdi.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Racastan əyalətinin Caypur şəhərində avtomobil hərəkətdə olarkən yanıb. Sürücü maşını yolun kənarında saxlayıb getsə də, alov topuna çevrilən nəqliyyat vasitəsi bir müddət sonra yanğını seyr edənlərə doğru irəliləməyə başlayıb. Yolda olan insanlar və sükanda olan digər şəxslər təşviş içində qaçıblar.
Yerli mətbuatın məlumatına görə, kondisionerdən gələn tüstüdən sonra sürücü avtomobilini kənara çəkərək kapotu açıb. Lakin avtomobilin mühərrikində başlayan yanğın sürətlə böyüyüb. Hadisə nəticəsində can itkisi və yaralanma olmasa da, hadisə yerinə gələn yanğınsöndürmə qrupu alovu nəzarətə götürüb.
Digər tərəfdən baş verənlər insanların yadına Hollivudun məşhur "Ghost Rider" filmini gətirdi. Sosial şəbəkə istifadəçiləri filmin reallığa çevrildiyini şərh ediblər.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2180 Tarix: 15 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrTramp: İran nüvə silahına sahib ola bilməz
İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib
26 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabr2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)
Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5
25 sentyabrTailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib
Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa
26 sentyabr