Türkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışır

Türkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışırTürkiyədə uzun müddətdir körpə ölümləri ilə bağlı qandonduran hadisə müzakirə edilir. Bu günlərdə həmin məsələyə dair araşdırma başa çatıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırma nəticəsində bir qrup şəxsin əməlləri nəticəsində 12 körpənin öldüyü məlum olub.

Belə ki, sözügedən dəstə bir neçə özəl xəstəxana, eləcə də 112 "qaynar xətti"ndə işləyən şəxslərlə əlbir olaraq körpələri həmin tibb müəssisələrinin yenidoğulmuşlar üçün nəzərdə tutulan bölmələrinə yerləşdirib.

Sözügedən özəl xəstəxanalar isə pasiyentlərin effektiv müalicəsi üçün zəruri resurslara malik olmayıb.

Bildirilib ki, həmin şəxslər uşaqların mövcud vəziyyətini olduğundan daha ağır göstərərək uzun müddət orada qalmalarını təmin edib. Nəticədə isə Sosial Təminat Qurumundan yüksək məbləğdə vəsait əldə ediblər. Onlar, eyni zamanda xəstə yaxınlarından əlavə pul da alıblar.

Bununla yanaşı, körpələrin tənəffüs yollarının müalicəsində istifadə edilən dərmanlar işlədilmiş kimi göstərilərək üçüncü tərəfə satılıb.

Onlar uşaqların xəstə olduğunu iddia etmək üçün qan testlərini də saxtalaşdırıb. Bu yolla gündəlik hər xəstə üçün 8000 türk lirəsi əldə ediblər.

Fırat Sarı adlı şəxsin rəhbərlik etdiyi bu dəstənin əməlləri nəticəsində 12 körpə vəfat edib. Yenidoğulmuş körpələrin bəzilərinin infeksiya səbəbindən öldüyü qeyd olunub. Sağ qalan körpələrin əksəriyyətinin səhhətində isə ciddi problemlər yaranıb.

47 nəfər bu məsələdə şübhəli bilinir. Onlardan 22-si artıq həbs edilib.

Onu da qeyd edək ki, araşdırma çərçivəsində dəstə üzvlərinin yazışmaları da üzə çıxıb.

İttiham aktı baxılması üçün Bakırköy məhkəməsinə göndərilib.

Xatırladaq ki, son zamanlar Türkiyədə qadın və uşaq cinayətləri artıb.
Türkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışırTürkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışırTürkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışırTürkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışırTürkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışır


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1299   Tarix: 18 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini

25 sentyabr
.

ABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq

İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir

25 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

İran "Cənubi Pars" yatağında zədələnmiş infrastrukturun 50%-nin bərpa olunduğunu elan etdi

İran İsrailin Fars körfəzindəki Cənubi Pars qaz yatağına hücumundan altı ay sonra zədələnmiş istehsal gücünün 50%-ni bərpa etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat verib. Neft nazirinin müavini Əhməd Zeratkar təmir olunmuş obyektlərdə istehsalın bərpa olunduğunu və qala

24 sentyabr
.

ABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini

25 sentyabr
.

Almaniyanın xarici işlər naziri Putinin G20 sammitinə dəvətini alqışladı

Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etmək qərarını alqışlayıb . xəbər verir ki, Vaddeful Ottavada Kanadanın xarici işlər naziri Anita Anand ilə görüşündə bildirib ki, "Prezidentli

26 sentyabr
.

Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur

İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"

26 sentyabr
.

Məkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi

Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi

24 sentyabr
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26 sentyabr