Yeni Dehlidə Yamuna çayını toksik köpük örtüb
Hindistanda müqəddəs sayılan və paytaxt Yeni Dehlidən keçən Yamuna çayı insanların sağlamlığı üçün təhlükə yarada biləcək qalın ağ köpük təbəqəsi ilə örtülüb.
"Report" xəbər verir ki, bu barədə "Press Trust of India" (PTI) agentliyi ekspertlərə istinadən məlumat yayıb.
Hindistan paytaxtında hakim olan Sadə İnsan Partiyası açıqlayıb ki, şəhər rəhbərliyi vəziyyəti diqqətlə izləyir.
"Bu problemi həll etmək üçün artıq xüsusi köpük söndürücülər səpilməyə başlanılıb və meqapolis hökuməti vəziyyəti idarə etmək və həll etmək üçün fəal tədbirlər görür", – PTI partiya nümayəndəsinin bəyanatını sitat gətirir.
Ətraf mühitin mühafizəsi üzrə ekspertlərin sözlərinə görə, aşındırıcı köpük yüksək miqdarda ammonyak və fosfatlar ehtiva edir ki, bu da tənəffüs və dəri problemləri də daxil olmaqla sağlamlıq üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, Qanqın ən böyük qollarından biri olan Yamuna çayının Dehli Milli Paytaxt Ərazisi rayonundakı hissəsi həmişə yüksək çirklənmə səviyyəsi ilə fərqlənir, burada, demək olar, balıq yaşamır və onun sularında köpüyün əmələ gəlməsi tez-tez baş verir. Yerli KİV-in məlumatına görə, şəhər sakinləri paytaxt iqtidarını fəaliyyətsizlikdə və ətraf mühitin çirklənməsi ilə mübarizədə yetərincə səy göstərməməkdə daim ittiham edirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 940 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir dünya lideri Makronun dəvətini rədd etdi
İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat
26 sentyabrİranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var
İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır
26 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah
26 sentyabr