G7 Kiyevə Ukrayna ordusunun döyüş qabiliyyətinin bərpasını təmin etməyi vəd edib
G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) müdafiə nazirləri Kiyevə Ukrayna ordusunun bölmələrinin döyüş qabiliyyətinin bərpası və regenerasiyası üçün hərbi hazırlıq və təlim təşəbbüslərini dəstəkləməyi vəd ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Neapolda keçirilmiş nazirlik görüşünün yekun bəyanatında deyilib.
"Biz, silahlı qüvvələrin regenerasiyası və döyüş qabiliyyətinin bərpası zərurətini nəzərə alaraq, qısa və uzunmüddətli perspektivdə Ukrayna hərbçilərinin və təhlükəsizlik qüvvələrinin təlim və hazırlığını dəstəkləməyi prioritet hesab edirik. Biz NATO və Aİ-nin bu istiqamətdə səylərini alqışlayırıq", – sənəddə qeyd olunub.
Almaniyanın müdafiə naziri Boris Pistorius həmkarları ilə görüşün gedişində G7 ölkələrinin Ukraynaya yardımın artırılması imkanlarını nəzərdən keçirdiyini açıqlayıb.
"Konkret vədlər var, ancaq onlar hələlik açıq şəkildə elan edilməyəcək", – NTV telekanalı onun sözlərindən sitat gətirib.
Pistorius hesab edir ki, ilk növbədə Ukrayna hərbçilərinin hazırlığını davam etdirmək lazımdır, çünki, onun qiymətləndirməsinə görə, bu, mərkəzi rol oynayır. O həmçinin bildirib ki, Ukrayna G7 ölkələrinin hökumətləri tərəfindən vəd edilən 50 milyard dollarlıq kreditdən ilin sonunadək və ya hər halda gələn ilin əvvəlində yararlana biləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 927 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrUkrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabrİranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var
İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır
26 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabr