DNT ilə heyrətamiz kəşf: Buz dövrünə aid uşağın görünüşü bərpa edildi

DNT ilə heyrətamiz kəşf: Buz dövrünə aid uşağın görünüşü bərpa edildiBeynəlxalq tədqiqatçılar qrupu İtaliyanın cənubunda "Grotta delle Mura" mağarasında təxminən 17 min il əvvəl dəfn edilmiş körpənin DNT-sini təhlil edərək heyrətamiz kəşfə imza atıblar.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə mk.ru xəbər yayıb.

Bildirilir ki, tədqiqat 1998-ci ildə aşkar edilmiş qalıqlara əsaslanır. Arxeoloq Mauro Kalattini daş lövhələrlə diqqətlə örtülmüş, heç bir dəfn əşyası olmayan körpə sümüklərini tapıb. Bu məzar mağarada yeganə olub.

Qalıqların sərin mağara mikroiqlimində yaxşı qorunması sayəsində alimlər qədim uşağın genomunu təxminən 75% bərpa edə və onun xarici görünüşünü yenidən qura bilibər.

Tədqiqatın nəticələri göstərib ki, ölüm anında boyu 76 sm-dən bir qədər çox olan 7-18 aylıq oğlanın əsmər dərisi, qıvrım tünd saçları və mavi gözləri olub. Əlamətlərin belə birləşməsi buzlaq dövrü Qərbi Avropasının qədim ovçu-yığıcıları üçün xarakterikdir. Körpənin dərisinin rəngi müasir avropalıların əksəriyyətindən daha tünd, lakin tropik bölgələrin sakinlərindən daha açıq olub.

Qalıqların radiokarbon analizi uşağın təxminən 17 min il əvvəl, son 100 min ildə Yer tarixinin ən soyuq dövrü olan Son Buzlaq Maksimumundan bir neçə əsr sonra yaşadığını müəyyən etməyə imkan verib. O dövrdə buzlaqlar quru ərazinin dörddə birini örtürdü və dünya okeanının səviyyəsi müasir səviyyədən 120-135 metr aşağı idi.

Oğlanın genomu onun Villabruna qrupuna - buzlaq dövrünün sonunda Avropada yaşayan ovçu-yığıcı populyasiyasına mənsub olduğunu göstərir. Əvvəllər bu qrupun təxminən 14 min il əvvəl formalaşdığı düşünülürdü, lakin yeni məlumatlar onun köklərinin daha erkən dövrə aid olduğunu və Cənubi Avropa ilə əlaqəli olduğunu göstərir.

Körpənin genomu və dişlərinin ətraflı təhlili alimlərə təkcə onun görünüşünü yenidən qurmağa deyil, həm də uşağın həyatı və ölümü ilə bağlı vəziyyətə işıq salmağa imkan verib. Məlum olub ki, o, nadir irsi ürək xəstəliyi - ailə hipertrofik kardiomiopatiyadan əziyyət çəkib ki, bu da onun belə erkən yaşda ölümünün səbəbi ola bilərdi.

Dişlərin tədqiqi göstərib ki, oğlanın anası hamiləlik dövründə, çox güman ki, qida çatışmazlığı və stres yaşayıb, doğuşun özü isə ağır keçib. Bu, körpənin körpücük sümüyünün sınması ilə təsdiqlənir. Alimlərin fikrincə, qadın kiçik, sıx ovçu-yığıcı icmasına mənsub olub və düşərgə ətrafında qida əldə edərək oturaq həyat tərzi sürüb.

İtalyan və amerikalı antropoloqların və genetiklərin kəşfi Avropa tarixinin az öyrənilmiş dövrünə işıq salır və buzlaq dövrü insanlarının həyatına baxmaq üçün nadir fürsət verir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1291   Tarix: 23 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr