"JPost": İsrailin İrana hücumda 100-dən çox təyyarəsi iştirak edib
İsrailin Hərbi Hava Qüvvələri İrana gecə hücumu zamanı 100-dən çox təyyarədən istifadə edib.
"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
"100-dən çox təyyarə, o cümlədən F-35 qırıcıları İrana 2 min km məsafədə hücumda iştirak etdi", - nəşr yazıb.
Qeyd edilir ki, İsrailin Hərbi Hava qüvvələri hücum zamanı Amerikanın ən yeni F-35 qırıcılarından istifadə edib.
Xatırladaq ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.
Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 737 Tarix: 27 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri
24 may"Netflix" layihələri ilə tanınan aktyor Kanadada ölü tapıldı
İtkin düşmüş "Netflix" layihələri ilə tanınan aktyor Stüart Maklin Kanadada ölü tapılıb. CBC telekanalına istinadən xəbər verir ki, aktyorun 45 yaşı olub. O, bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib. Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb
24 mayWi-Fi dövrünün sonu: Dünya yeni bir texnologiyaya keçməyə hazırlaşır
Getdikcə daha çox şirkət və istifadəçi adi Wi-Fi texnologiyasına alternativ hesab edilən LiFi texnologiyasına maraq göstərir. Yeni sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, məlumat ötürülməsi üçün radio dalğaları deyil, LED lampaların işığından istifadə olunur. Qaynarinfo xəbər verir ki, bu barəd
25 mayAvtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu
"Nissan" və "Toyota" şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar. "Carscoops" nəşrinə istinadən xəbər verir ki, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir. Avtomobil istehsalçılarını
24 mayPakistanda qatar partladıldı: 24 ölü, 50-dən çox yaralı
Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, 50-dən çox insan isə xəsarət alıb. -ın məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli yüksəkvəzifəli məmura istinadən xəbər verir. "Qatar Kvettada
24 may