İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib
İsrailin İrana zərbəsi İranın ballistik raket proqramının mühüm komponentini sıradan çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, istehsal avadanlıqlarının məhv edilməsi İranın raket arsenalını artırmaq qabiliyyətinə ciddi ziyan vurub və onu İsrailə qarşı növbəti kütləvi raket hücumlarından imtina etməyə məcbur edə bilər.
ABŞ administrasiyasındakı mənbə hücumun İranın raket istehsalı imkanlarını sarsıtdığını təsdiqləyib.
Nəşr qeyd edir ki, zərbə nəticəsində Tehranı və İrandakı nüvə-enerji obyektlərini qoruyan S-300 zenit-raket komplekslərinin dörd batareyası da zədələnib. Bundan əlavə, İran ərazisinə zərbələr Suriya və İraqın hava məkanından, bəziləri isə İraqın İranla sərhədi yaxınlığından endirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 989 Tarix: 27 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
5 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyulAlimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı
Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda
9 iyul