Cadılar bayramı nədir və necə yaranıb?

Cadılar bayramı nədir və necə yaranıb?Hər il oktyabrın 31-də qərb dünyası Cadılar bayramını qeyd edir. Bayram artıq ölkəmizdə də qəbul olunub və dəbə düşüb. "Halloween" sözü "All Hallows Eve" sözündən gəlir və mənası "müqəddəs axşam" deməkdir. Uşaqdan böyüyə hər kəs tərəfindən sevilən bu bayramın meydana gəlməsinin çox maraqlı tarixi vardır.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, "Belə yarnıb" rubrikasında bu bayramdan bəhs edir.

Dünyanın müxtəlif ölkələrində xüsusi şəkildə qeyd edilən "Halloween" bayramında bayrama özəl balqabaqlar hazırlanıb bəzədilir, xüsusi kostyumlar seçilir, uşaqlara vermək üçün çoxlu konfetlər, şirniyyatlar alınır, bayramın simvolu kimi qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, marketlərdə adıçəkilən bayrama aid oyuncaqlar satılır, şirniyyatlar bu rəmzlərin formasında hazırlanır və s.

"Halloween" bayramının yaranması qədim kelt bayramı olan "Samayn"la əlaqəlidir. "Samayn" bütpərəstlərin bayramı idi. 2000 il əvvəl, əsasən, indiki İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan keltlər yeni illərini noyabrın 1-də qeyd edirdilər. Bu gün yazın sonu, qışın başlanğıcı olaraq görülürdü. Qışda insanların daha çox ölməsi ilə əlaqədar bu fəsli ölüm fəsli hesab edirdilər. Keltlər oktyabrın 31-nə keçən gecədə yaşayanlar və ölülər arasındakı qapının açıldığına və ölülərin ruhlarının yerə qayıtdığına inanırdılar. Bunun sayəsində də ölülərlə əlaqə saxlanıla bilinirdi. "Halloween" bayramında olan "haunted" çağırışlarının da səbəbi budur. Onlar evini ziyarətə gələn ruhlarla yanaşı, ziyanverici ruhların da gələ biləcəyindən narahat olaraq onları qorxudub qaçırmaq üçün qorxulu balqabaqlar hazırlayır və ya iyrənc makiyajlar edirdilər. Keltlər o biri dünyadan gələn bu ruhların həm də kahinlərin gələcək haqqında proqnoz verməsini asanlaşdırdığına inanırdılar. Bayram zamanı insanlar nəhəng tonqallar ətrafında toplaşaraq məhsulları və ya heyvanları yandırıb tanrılarına qurban verirdilər. Onlar bayram zamanı müqəddəslərə hörmət əlaməti olaraq heyvan başlarından və ya dərilərindən düzəldilmiş kostyumlar geyinirdilər.

Daha sonra Kelt torpaqları 400 il Roma İmperiyasının işğalı altında qaldı. Bu müddətdə romalıların 2 bayramı "Samayn" bayramı ilə birləşdirildi və bununla da bayram adətlərinə bir sıra əlavə və dəyişikliklər olundu. Məsələn, qadınların həyat yoldaşlarının kim olacağını görmək üçün alma dilimləri ilə fala baxması romalıların bayramlarından keçmiş bir adətdir. Bu bayram bütpərəstlərin bayramı olduğu üçün xristianlar onlara təsir edərək ənənələrini əritməyə çalışırdılar, hazırkı "Halloween" bayramında xristianlıq çalarlarının olmasının səbəbi də budur. Məhz xristianların təsiri sayəsində bu bayram daha da məşhurlaşaraq bütün dünyada xüsusi bir gün olaraq qeyd edilməyə başladı.

"Halloween" kökünü "Samayn" bayramından götürsə də, tarixən dəyişikliklərə məruz qaldı və təkamül nəticəsində müasirləşdi. Əvvəlki dövrlərin mistik ritualları daha yüngül əyləncə və oyunlara çevrildi. Məsələn, kostyumlar müqəddəslərə hörmət kimi başlasa da, hazırda yalnız əyləncə xarakterlidir. Bayram zamanı uşaqlar qorxulu kostyumlar geyinərək qapı-qapı gəzib şirniyyat və ya konfet yığırlar, ev sahibi heç nə verməyəndə isə qorxulu geyimləri ilə onlara hədə-qorxu gəlirlər. Statistikaya əsasən, ABŞ-da hər il satılan bütün konfetlərin dörddə biri "Halloween" üçün alınır.

* Bayrama özəl balqabaqlar hazırlanıb bəzədilir;
* Bayram günündə geyiniləcək xüsusi kostyumlar seçilir;
* Uşaqlara vermək üçün çoxlu konfetlər, şirniyyatlar alınır;
* Evlərin önü, mağazaların vitrinləri "Halloween" konseptində bəzədilir;
* Bu günü maraqlı şəkildə qeyd etmək üçün tədbirlər planlanır;
* Bayramın simvolu kimi qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, marketlərdə adıçəkilən bayrama aid oyuncaqlar satılır, şirniyyatlar bu rəmzlərin formasında hazırlanır və s.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1719   Tarix: 31 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr