"Halloween" Bakıda necə qeyd olunur? - "Ölülər" və "cadugərlər"in toplaşdığı bayramın sirri
Dünyanın bir çox ölkəsində oktyabrın 31-də "Halloween" bayramı keçirilir. Xristian dünyasına məxsus balqabaqlar bayramında insanlar qeyri-adi qiyafətlər geyinməklə bir yerə toplaşırlar. Ölülər, yaxud cadugərlər bayramı kimi bilinən "Halloween"ə son illərdə Azərbaycanda da böyük maraq yaranıb.
Bəs "Halloween"i qeyd edənlər bayramın mahiyyətindən xəbərdardırlarmı?
"Report"un əməkdaşları sözügedən mövzu ilə bağlı şəhərdə "Halloween" şənliklərinin keçirildiyi və bəzədildiyi bir neçə məkana baş çəkiblər.
Restoranlardan birinin rəhbəri bildirib ki, "Halloween" şənliklərinin keçirilməsini və restoranların bu cür bəzədilməsini müştərilər tələb edirlər. Onların sözlərinə görə, "Halloween"ə maraq göstərənlər əsasən uşaqlar olsa da, hər yaş qrupundan insanlar bu bayramı qeyd edirlər.
Şəhərdə "Halloween" kostyumları və bəzəkləri satılan mağazalar da fəaliyyət göstərir. Satıcıların sözlərinə görə, son illərdə bu məhsullara tələbat kifayət qədərdir.
Paytaxt sakinlərinin isə bayramla bağlı fikirləri müxtəlifidir. Kimi bayramı qeyd etdiyini və maraqlı olduğu düşünsə də, kimi də "Halloween"in milli düşüncəmizə tamamən zidd olduğunu deyir.
Psixoloq Vüsalə Əmiraslanova isə bildirir ki, qorxuducu personajların yer aldığı bu bayram şənliklərində insanların, xüsusən uşaqların şüuraltına təsir edən bir çox məqam var: "Qorxulu qrimlərin edildiyi, qan və dəhşət saçan elementlərin olduğu "Halloween" aqressiya saçır və uşaqların vizual yaddaşına köçürülərək onlara mənfi təsir göstərir".
Qeyd edək ki, "Halloween" hər il 31 oktyabrda qeyd olunan bir bayramdır. Bu bayramın kökləri qədim keltlərin "Samhain" festivalına gedib çıxır. Keltlər bu günü yaydan qışa keçid və yeni ilin başlanğıcı kimi qeyd edirdilər. Onlar inanırdılar ki, bu gecə ölü ruhlar dünyaya qayıdır.
"Halloween"in əsas atributlarından biri "Cek fənəri"dir. Bu, içərisi boşaldılmış və üzərinə göz, burun və ağız şəkilləri oyulmuş balqabaqdır. İçinə şam qoyularaq işıqlandırılır. Bu ənənə pis ruhları qovmaq üçün istifadə edilən qədim şalğam fənərlərindən gəlir.
"Halloween" zamanı insanlar qorxulu kostyumlar geyinir, evləri bəzəyir və şirniyyat toplamaq üçün qapı-qapı gəzirlər. Bu bayram xüsusilə uşaqlar arasında çox populyardır və əyləncəli vaxt keçirmək üçün bir fürsət yaradır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1681 Tarix: 01 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrAyağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın
Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy
11 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabr