Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən yaşlı timsahı 120 yaşında ölüb
Avstraliyanın Kvinslend əyalətindəki Marineland Melanesia Timsah Qoruğunun məşhur sakini Kassius dünyasını dəyişib.
Sonxeber.az 5,5 metr uzunluğu və bir tondan çox çəkisi ilə Ginnesin Rekordlar Kitabına düşən nəhəng timsah əsirlikdə olan ən böyük timsah adına sahib idi.
1984-cü ildə tutulmadan əvvəl gəmilərə hücum edərək və mal-qara ovlayaraq bölgədə qorxu yayan Kassius, sığınacaqda keçirdiyi 37 il ərzində onu tutan timsah ovçusu Corc Kreyqlə xüsusi dostluq münasibətləri qurub. Kreyqin nəvəsi və timsahın gözətçilərindən biri Tudi Skott deyir: "Babam saatlarla Kassiusun yanında oturardı. Son vaxtlar əlil arabasından istifadə etməsinə baxmayaraq, Kassius onu hər görəndə yanına gəlirdi".
Oktyabr ayında 94 yaşlı Kreyq qocalar evinə köçdükdən az sonra Kassiusun səhhəti pisləşməyə başladı. Oktyabrın 15-də sağlamlıq yoxlaması zamanı heç bir problem göstərməyən nəhəng timsah bir neçə gündən sonra yeməkdən imtina edib və şənbə günü səhər öz mühafizəsində ölü tapılıb.
Sığınacaq rəsmiləri sosial mediada etdikləri açıqlamada, "Təbii mühitdəki timsahlardan daha uzun yaşayan Kassius üçün çox darıxacağıq. Onun sevgisi və xatirələri qəlbimizdə yaşayacaq" - deyib.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3325 Tarix: 02 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrAyağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın
Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy
11 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabr