Bayden 1979-cu ildə İrana qarşı tətbiq edilmiş sanksiyaları uzadıb
ABŞ Prezidenti Cozef Bayden İslam Respublikasına qarşı birtərəfli sanksiyaları nəzərdə tutan "fövqəladə vəziyyət rejimi"ni bir il müddətinə uzatmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, "İranla münasibətlər hələ normallaşmayıb" və "19 yanvar 1981-ci il tarixli ikitərəfli sazişlərin yerinə yetirilməsi prosesi davam edir".
Söhbət ABŞ və İran arasında Əlcəzair sazişlərindən gedir. Bu sazişlər 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov saxlanılan amerikalı diplomatların azad edilməsinə gətirib çıxarıb. Bu sənədlərdə, xüsusilə ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipi müəyyən edilib.
"Bu səbəbdən 14 noyabr 1979-cu ildə elan edilmiş milli fövqəladə vəziyyət rejimi və bu fövqəladə vəziyyətə qarşı mübarizə məqsədilə o zaman tətbiq edilmiş tədbirlər 14 noyabr 2024-cü ildən sonra da qüvvədə qalmalıdır", – bəyanatda qeyd olunur.
"Mən İrana qarşı milli fövqəladə vəziyyət rejiminin müddətini bir il uzadıram", – Prezident əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 803 Tarix: 02 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İyun ayı tarixə düşdü
Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S
10 iyulEtnanın tarixdə ən dağıdıcı püskürmələri: İnlar yenidən baş verə bilərmi?
Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrin
9 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulTramp və Ərdoğan arasında görüş keçirilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər Ankaradakı Prezident Sarayında görüşüblər. Daha sonra iki lider birgə mətbuat konfransına qatılıblar. 15:38. ABŞ Prezidenti Donald Tramp NATO sammitind
7 iyulQiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyul