Əmək pensiyaları nə qədər artacaq? - AÇIQLAMA
"Hər ilin yanvar ayında əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib, yəni artırılıb. 2025-ci ilin yanvarında bütün növ əmək pensiyalarının artırılması nəzərdə tutulub".
Bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Bəs görəsən pensiyalarda nə qədər artım olacaq?
Mövzu ilə bağlı Sonxeber.az - a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, pensiyaların 10 faiz artacağı gözlənilir:
"Son maaş və pensiya artımlarından bir ilə yaxın vaxt keçib və bu müddətdə əksər məhsul və xidmətlərin qiymətlərində bahalaşma olub. Pulun əmtəə dəyəri xeyli aşağı düşüb. Bu səbəbdən maaş və pensiya artımlarının ciddi ölçüdə olmasına ehtiyac var. Mən hesab edirəm ki, düzgün indeksasiya üçün ən azı 50 faiz artım olmalıdır. Amma bu inandırıcı görünmür. 10-15 faiz artım gözlənilir. Minimum əmək haqqı da pensiyalar da maksimum 15 faiz arta bilər. Bu isə bahalaşmaları kompensasiya etmir. Yenə də əhalinin aldığı pulun dəyəri 1-2 il əvvələ nisbətən aşağı olmuş olur. Bu günki dövrdə çox sürətli bahalaşmalar var və bu davam edir. Hazırkı pensiya və əməkhaqqı zəruri tələbatı belə ödəmir. Ona görə də yaşayış minimumu da qaldırılmalıdır. Bu hazırda 270 manatdır və ən azı 400 manata çatdırılmalıdır. Minimum əməkhaqqı isə ən azı 500 manata çatdırılmalıdır. Eləcə də minimum pensiya ən azı 400 manata qaldırılmalıdır. Amma ümumilikdə 10 faiz artım olacağı gözlənilir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3854 Tarix: 06 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabr