Son dəqiqə: Bakıda güclü atışma: bir nəfər başından güllələndi

Son dəqiqə: Bakıda güclü atışma: bir nəfər başından güllələndiBakıda silahlı insident olub.

Sonxeber.az bildirir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Seymur Şahəliyev Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Eldəniz Eyvazovun idarə etdiyi "Renault" markalı avtomobilə tapançadan bir neçə dəfə atəş açıb. Nəticədə avtomobilin şüşələri sınıb, güllələrdən biri E.Eyvazovun baş nayihəsindən dərisini sıyırıb keçib.

E.Eyvazov Sabunçu şəhər 3 saylı Klinik Xəstəxanasında ilkin tibbi yardımdan sonra buraxılıb. O, xəstəxanada verdiyi ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirsə də, sonradan güllə yarası aldığı məlum olub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində S.Şahəliyev tutulub.

Ondan hadisədə istifadə etdiyi tapança götürülüb.

İlkin məlumata görə, hadisə borc üstündə baş verib. S.Şahəliyevin E.Eyvazova borcu olub. E.Eyvazov borcunu tələb etdiyi üçün S.Şahəliyev onu güllələyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2453   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş məhkumlar narkotiklə tutuldular

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, tədbirlərlə rayon sakinləri - əvvəllə

4 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Trend" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü Lalə Əliyevanın meyiti aşkarlanıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

4 may
.

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərb

3 may
.

9 maşının əzildiyi qəza anı - Video

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş vermis ağır qəzanın görüntülərini yayıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdən sürət yarışına çıxmış avtomobillərin idarəetmədən çıxaraq qəza törətdiyi və ümumilikdə 9 maşına ciddi ziya

30 aprel
.

Trampın mümkün vitse-prezidenti heyvanlara qarşı amansız rəftarı ilə məşhurlaşıb

Trampın vitse-prezidentliyinə əsas namizədlərindən biri olan Cənubi Dakota qubernatoru Kristi Noem öz xatirə kitabında 14 aylıq iti Kriketin öldürülməsini təsvir edib. Noemin sözlərinə görə, o, itə nifrət edib və qırqovul ovunu pozduqdan sonra heyvanı güllələyib. Kriketin ardınca Noem fermasında ola

28 aprel
.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

4 may
.

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

Rusiyanın Omsk şəhərində altı yaşlı qız pəncərədən yıxılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Memarlar Bulvarında yerləşən hündürmərtəbəli binada baş verib. Uşaq 13-cü mərtəbənin pəncərəsindən yıxılıb. Zərərçəkmiş çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini stabi

4 may
.

Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb. "Report" xəbər verir ki, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib. Faktla bağlı araşdırm

2 may