Rusiya 2035-ci ildən sonra bərpa olunan enerjiyə dəstəyi dayandırmağı planlaşdırır
Rusiyada bərpa olunan enerjiyə (BOE) dəstək 2035-ci ildən sonra – BOE layihələri ənənəvi mənbələrlə qiymət paritetinə çatdıqda başa çatmalıdır.
"Report" xəbər verir ki, bu barədə TASS agentliyi "Enerji Strategiyası-2050" sənədinin yenidən işlənmiş variantına istinadən məlumat yayıb.
"Sənəd hökumətə göndərilib. Bərpa olunan enerji mənbələri istiqamətində əsas vəzifə 2035-ci ildən sonra dəstək mexanizmlərinə son qoymaq və ənənəvi istehsalla qiymət paritetinə nail olmaq məqsədi ilə bərpa olunan enerji istehsalından istifadənin səmərəliliyinin artırılmasıdır", - sənəddə deyilir.
Bildirilib ki, bunun üçün təkcə bərpa olunan enerji mənbələrinin inkişafı mexanizmlərinin və standartlarının təkmilləşdirilməsi yox, həm də avadanlığın ixracı və bərpa olunan enerji obyektləri üçün xidmətlərin göstərilməsi üçün stimullar yaratmaq, bərpa olunan enerji mənbələrinə könüllü tələbat sistemlərinin təkmilləşdirilməsi və saxlama sistemlərinin inkişafı lazımdır.
Agentlik qeyd edir ki, Rusiyanın yanacaq-energetika balansında bərpa olunan enerji mənbələrinin hazırda 0,6 % olan payı 2036-cı ilə qədər ssenaridən asılı olaraq 1,5 %-dən 2,1 %-ə qədər (hədəf göstərici 1,8 % olmaqla) arta, 2050-ci ilə qədər isə stress-ssenaridə 1,4 %, inersial ssenaridə isə 6,6 %-ə (hədəf 3,1 %) çata bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 785 Tarix: 09 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb
İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl
25 sentyabrABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq
İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir
25 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabrUkrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabrMakron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrTramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrNATO təlimində şok insident: Hərbçilərə atəş açıldı
NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin
26 sentyabr