Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib
Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Report" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti bildirib.
Telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.
Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.
Kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər
Bu ölkədə 20 min işçi axtarılır: Maaş 9 min avrodur
Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ
Dünyanın ən dərin metro stansiyası
650-yə yaxın bal toplayan abituriyentlər bu səbəbdən KƏNARDA QALIR - AÇIQLAMA
Sentyabrın ilk günü leysan olacaq
İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi
Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz
Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı