WSJ: Tramp Aİ liderlərilə danışıqlarda Ukrayna ilə bağlı heç bir öhdəlik götürməyib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Avropa İttifaqına üzv ölkələrin liderləri ilə telefon danışıqlarında Ukrayna ilə bağlı üzərinə heç bir öhdəlik götürməyib.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Tramp seçkilərdə qalib gəldikdən sonra bir çox Aİ liderləri ilə danışıb.
Belə ki, Fransa prezidenti Emmanuel Makron 25 dəqiqəlik söhbətində Trampdan Rusiya ilə istənilən diplomatik əlaqənin Kremldən real güzəştlərlə nəticələnəcəyini təmin etməsini istəyib.
Avropa Şurasının rəhbəri Şarl Mişel onun və digər liderlərin Trampa mesajı çatdırdıqlarını, o mesajın belə olduğunu bildirib: "Rusiyaya qarşı zəiflik nümayiş etdirsək, bu, Çin də daxil olmaqla, dünyanın qalan hissəsinə hansı mesajı verəcək?".
Aİ rəsmiləri deyirlər ki, Tramp xaricdə güclü kimi görünmək istəyir və Rusiyanın Ukraynada qələbəsi siyasi zərbə ola bilər. Vurğulanıb ki, Tramp telefon danışıqları zamanı Ukrayna ilə bağlı öhdəlik götürməyib, daha çox dinləyib, suallar verib.
Bundan əvvəl "WSJ" Trampın köməkçilərinin Ukraynadakı münaqişəni həll etmək planları barədə məlumat yayıb. Belə ki, respublikaçı müşavirlər hazırkı cəbhə xətti boyunca 1,3 min km uzunluğunda silahsızlaşdırılmış zona yaratmağı təklif ediblər. Ukrayna ən azı 20 il NATO-ya üzv olmamağı öhdəsinə götürməlidir. Bunun müqabilində Vaşinqton Kiyevi silahla təmin edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 835 Tarix: 10 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb
İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl
25 sentyabrABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq
İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir
25 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabrUkrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabrMakron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrTramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrNATO təlimində şok insident: Hərbçilərə atəş açıldı
NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin
26 sentyabr