Xəzər dənizində görüntülənən "nəhəng canlı" nədir?
Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo şəhərində Qaronna çayının sahilində görüntülənib.
Oxu.Az xəbər verir ki, təbii ölçüdə sahilə düşmüş kaşalot heykəli kəskin ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyıb.
Belçika incəsənət kollektivi "Captain Boomer" tərəfindən hazırlanan qeyri-adi sənət instalyasiyası heyrətamiz reallıqla hazırlanıb. Rəssamlar heyvanın başının xarakterik forması, dərisindəki qırışlar və hətta dişləri də daxil olmaqla anatomik xüsusiyyətlərini dəqiqliklə yaradıblar.
Kaşalotlar dünya okeanında rast gəlinən ən böyük dişli balinalar hesab olunurlar. Möhtəşəm ölçülərinə baxmayaraq, bu əzəmətli məxluqlar su çirklənməsi, gəmilərlə toqquşma, balıqçılıq torlarına dolaşma və digər antropogen amillər səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır.
Onu da qeyd edək ki, "Captain Boomer" daha əvvəl London, Paris və digər şəhərlərdə "sahilə atılmış balinalar" kimi oxşar heykəllər nümayiş etdirib və hər dəfə ictimaiyyət arasında böyük rezonans yaradıb.
10:14
Bakı bulvarının ləpədöyənində nəhəng canlı tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntülər yayımlanıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5071 Tarix: 11 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video
Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin
16 oktyabrBakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır
17 oktyabrErmənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini
17 oktyabrBakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
18 oktyabrBu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli
18 oktyabr"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib
16 oktyabrAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabr