Trampın azərbaycanlı dostları Qarabağ problemini həll etdirəcək?

Trampın azərbaycanlı dostları Qarabağ problemini həll etdirəcək?"The Washington Times" qəzetində ABŞ-ın 45-ci prezidenti Donald Tramp və Qarabaş münaqişəsi ilə bağlı dərc edilən yazı müzakirələrə səbəb olub.

BakiPost.az xəbər verir ki, "Caspian Group Holdings"in direktoru Rob Sobhaninin "Trampın Nobel mükafatı: Azərbaycan ilə Ermənistan arasında sülh bütün tərəflərin maraqlarına cavab verir" sərlövhəli məqaləsində yeni prezidentin Qarabağ münaqişəsini həll edərək Nobel sülh mükafatını ala biləcəyi qeyd olunub.

Bəs Tramp illərdir ki, Qafqazın əsas problemlərindən olan Qarabağ məsələsini həll edə bilərmi? Donald Trampın azərbaycanlı dostlarının bu işdə hansısa rol oynamaq ehtimalı varmı?

Bu suallarla politoloq Qabil Hüseynliyə müraciət edib. Siyasi şərhçi hesab edir ki, Tramp Dağlıq Qarabağ münaqişəsində hansısa irəliləyişə nail ola bilməz: "Hazırda Qarabağ məsələsinin həlli bütünlüklə Rusiyanın əlindədir. Bu, ABŞ və Rusiya arasında böyük mübarizə deməkdir. Düzdür, Tramp Dağlıq Qarabağ məsələsi ilə bağlı öz fikrini açıqlamayıb. Amma düşünürəm ki, ABŞ Qarabağ məsələsində Rusiya ilə hər hansı bir mübarizəyə girişməyəcək.

Əlbəttə bu məsələnin dünya hüquq normalarına uyğun tənzimlənməsinə çalışsa, bu, dünyada ictimai qayda-qanunun qorunub saxlanmasında böyük rol oynaya bilər. Amma bu məsələyə görə Rusiya ilə üz-üzə gələcəyini demək mümkün deyil".

Donald Trampın azərbaycanlı dostları ilə bağlı məqama toxunan politoloq maraqlı mövqe sərgiləyib: "Trampın azərbaycanlı dostları olsa da, onlar bu əlaqələrindən istifadə edib Dağlıq Qarabağ məsələsində hansısa irəliləyişə nail ola bilməzlər. Çünki demək olar ki, azərbaycanlıların çox bir qismi həmişə şəxsi maraqları naminə çalışırlar. Azərbaycanlılar həmişə istənilən məsələdə - vəzifədən tutmuş dostluq əlaqələrinə kimi hər şeydə milli maraqlar xətrinə deyil, bir az şəxsi mənafeləri üçün çalışırlar. Siyasət isə ayrı şeydir. Bu məsələləri biznes işlərinə qarışdırmaq olmaz. Həmçinin Tramp da artıq biznesdən çəkildiyini elan edib".

Mənbə: bakipost.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2864   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətləraras

1 may
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik". xəbər verir ki

30 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir

Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir. "Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib. Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir

5 may
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel