Azərbaycanda polisdən ÖZBAŞINALIQ: "1100 manat rüşvət istədi" - FOTO+VİDEO

Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər sakini Ramil Həziyevə məxsus maşını qanunsuz olaraq cərimələyiblər.

Bu barədə R. Həziyev özü məlumat verib. Bildirib ki, polislər onun maşınını heç bir protokol tərtib etmədən, dayanacaqdan aparıblar: "2016-ci ilin dekabrın 24-də yaxın dostumun mənə müvəqqəti idarə etmək üçün verdiyi VAZ 2121 Niva markalı avtomobili işlədiyim dükanın yanında olan dayanacağa qoyub işimlə məşğul idim. Bu zaman Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Şəmşir Kərimov dükana daxil olaraq məndən maşının açarlarını verməyimi tələb etdi. Mən açarları niyə istədiyini soruşduqda Şəmşir Kərimov maşına baxış keçirmək istədiyini bildirdi. Ona mənimlə birgə maşına baxış keçirməli olduğunu söylədim. Amma o mənə təhqiramiz ifadə işlədərək zorla açarı əlimdən aldı. Daha sonra Şəmşir Kərimov Masallı rayon İcra Hakimiyyətinin qarşısındakı dayanacaqda olan maşını sürüb getdi. İşimi bitirdikdən sonra Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə getdim.

Şəmşir Kərimovun özü də orda idi. Mən ondan avtomobili hansı səbəbdən cərimə meydançasına aparmasını soruşduqda, o mənə kobud şəkildə "əcəb etmişəm, istədiyimi etmək hüququna malikəm" deyə cavab verdi".

Ramil Həziyev qeyd edib ki, bölmənin digər əməkdaşı Məmməd Həşimov ondan 1100 manat rüşvət istəyib: "Maşının hansı səbəbdən bölməyə gətirilməsini öyrənmək üçün bölmənin əməkdaşı Məmməd Həşimovun otağına daxil oldum. Amma həmin vaxt Məmməd Həşimov içkili vəziyyətdə idi. Hətta xidmət otağında spirt iyi kəskin dərəcədə hiss olunmaqda idi. Mən ona maşınımın cərimə meydançasına gətirilməsi barədə protokol tərtib olunmasını, həmin protokolla tanış olmaq hüququmun olduğunu bildirdim. Məmməd Həşimov əgər lazım olarsa protokol tərtib olunacağını dedi və hətta məndən şəxsən özü 1100 manat pul istədi. Həmin vaxt Şəmşir Kərimov da onun otağında idi. Mən əvvəl bunun cərimə olduğunu zənn etdim və ondan hansı hesaba ödəməli olduğumu soruşduqda isə Məmməd Həşimov mənə "elə bil sən Azərbaycanda yaşamırsan" dedi. Mən anladım ki, onlar həmin pulu özləri üçün istəyirlər və bu səbəbdən Şəmşir Kərimov maşını aparan zaman heç bir protokol tərtib etməyib. Məmməd Həşimov maşının üzərində olan nömrənin qanunsuz olduğunu söylədi. Maşının mənim olmadığını və müvəqqəti istifadə etmək üçün verildiyini dedim. Amma yenə də o, bunun ona aid olmadığını bildirməklə 1100 manat tələb etdi. Onlara istədikləri pulu vermək imkanımın olmadığını dedikdə Şəmşir Kərimov "get tap, burda durub nə başımızı xarab edirsən" deyə cavab verdi".

Zərərçəkənin bildirdiyinə görə, M. Həşimov istədiyi rüşvəti verməsi üçün ona dəfələrlə xəbər göndərib: "Məmməd Həşimov müxtəlif vaxtlarda mənə xəbərlər göndərərək, pulu tələb etməyə başladı. Daha sonra mənə 2017 ci ilin yanvarın 6-da tərtib edilmiş protokol göndərildi. Halbuki maşın 2016-ci ilin dekabrın 24-də cərimə meydançasına aparılıb. Özü də, protokol guya, maşına əlavə avadanlıqlar quraşdırıldığı üçün tərtib olunub. Mən ailəmi də fərdi əməklə qazandığım pulla saxlayıram. Mən 1100 manat pulu haradan tapım ki, Məmməd Həşimov və Şəmşir Kərimova rüşvət verərək maşını cərimə meydançasından çıxartdırım. Axı belə biabırçılıq olmaz. Hər iki şəxs öz keflərində və açıq şəkildə soyğunçuluqla məşğul olurlar. Şəmşir Kərimovun özü bütün maşınları saxlayaraq, onlardan rüşvət alıb maşını buraxır (Bununla bağlı şikayətçinin təqdim etdiyi videonu təqdim yazının sonunda təqdim edirik – red.).

Şəxs haqqını tələb etdikdə isə avtomobili cərimə meydançasına aparır. Bu cür qanunsuzluq və biabırçılıq Masallı şəhərində tüğyan edir".

Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin inspektoru Şəmşir Kərimov isə BakiPost.az-a açıqlamasında Ramil Həziyevin dedikləri ilə razılaşmadığını vurğulayıb: "Həmin şəxs başqasına məxsus nömrəni "Niva" markalı maşına vurub. Həmin maşın da radara düşüb. Maşınına vurduğu nömrənin sahibi isə Lerikdəndir. Maşın da radara düşdüyü üçün cərimə Lerik sakininə göndərilib. O da nömrəsi ilə hansısa maşının Masallıda sürülməsinə görə Masallı Şəhər Polis Bölməsinə şikayət edib. Hazırda həmin şikayət bizdə var. Bu səbəbdən maşın cərimə meydançasındadır. 150 manat məbləğində də cərimə yazılıb. Həmin nömrənin əlavə başqa cərimələri də var". Şəmşir Kərimov bildirib ki, Ramil Həziyevin idarə etdiyi Niva bank maşınıdır: "Etibarnaməsiz maşındır. Həmçinin maşının üstünə başqa avtomobilə məxsus başqa nömrəni vurub. Ona görə maşın hərəkətdən kənarlaşdırılaraq cərimə yazılıb. Onlar barəsində protokolda yazılıb. Hazırda o məsələ Lerikdə araşdırılır".

Qeyd edək ki, Ramil Həziyev Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının bu qanunsuz əməlləri ilə bağlı prezident İlham Əliyevə də ərizə ilə müraciət edib.

Mənbə: BakiPost.az

Azərbaycanda polisdən ÖZBAŞINALIQ: "1100 manat rüşvət istədi" - FOTO+VİDEOAzərbaycanda polisdən ÖZBAŞINALIQ: "1100 manat rüşvət istədi" - FOTO+VİDEOAzərbaycanda polisdən ÖZBAŞINALIQ: "1100 manat rüşvət istədi" - FOTO+VİDEOAzərbaycanda polisdən ÖZBAŞINALIQ: "1100 manat rüşvət istədi" - FOTO+VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2830   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr