Ermənistan hökümətində istefa dalğası - Nə baş verir?
Bu gün Ermənistan Respublikasının İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bəyanatla çıxış edərək istefasını elan edib. Ötən gün Daxili işlər naziri Vahe Kazaryan da istefa ərizəsi təqdim edib.
Qaynarinfo-nun Ermənistan mətbuatına istinadla verdiyi xəbərə görə, istefa ərizəsi yazanlar arasında Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan, Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da var.
Erməni seqmentinə aid sosial şəbəkələrdə və erməni mediasında istefaların müxtəlif səbəbləri müzakirə olunduğu bir məqamda, Baş nazir Nikol Paşinyan açıqlama yayıb.
"Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə aparılan geniş müzakirələri nəzərə alaraq, bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələri tərk etmələrini xahiş etdiyimi bildirməyi vacib hesab edirəm.
Belə bir xahişlə müraciət etməyimin səbəbləri şəxsi deyil, mənim ictimai şəkildə bəhs etdiyim sistemli məsələlərlə bağlıdır.
Eyni zamanda, sözügedən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafına verdikləri töhfələri inkar edə bilmərəm və hər birinə həm dəstəkləri, həm də xahişimi başa düşdükləri üçün təşəkkür edirəm", - deyə Nikol Paşinyan sosial şəbəkələrdə yazıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1160 Tarix: 18 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi
Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin
25 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrBir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy
22 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrPaşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrİraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb
İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl
25 sentyabr