Türkiyədə 2600 illik abidənin üzərindəki yazı deşifrə edildi - Orada nə yazılıb?
ABŞ-ın Pensilvaniya Universitetində Qədim Yunan tarixi və arxeologiyası üzrə professor Mark Mann Türkiyədə 2600 illik bir abidə üzərindəki qədim və ciddi zədələnmiş yazını deşifrə etdiyini bildirib.
Qaynarinfo "Live Science" portalına istinadən xəbər verir ki, bu abidənin üzərində şirlər və sfenkslər təsvir olunub. Abidə "Arslan Kaya" (tərcümədə "Şir qayası") adı ilə tanınır.
Araşdırma nəticəsində məlum olub ki, abidədə "Materan" adı yazılıb. Bu, eramızdan əvvəl təxminən 1200-600-cü illərdə müasir Türkiyə ərazisində çiçəklənən Frigiya ilahəsinin adıdır. O dövrün insanları ilahəni sadəcə "Ana" kimi tanıyır və hörmət ediblər. Bu tanrıçaya müxtəlif qədim mədəniyyətlər də sitayiş edib.
ABŞ-ın Pensilvaniya Universitetindən professor Mark Mann qeyd edib ki, yunanlar Frigiya ilahəsini "Tanrıların anası" kimi tanıyıblar. Romalılar isə ona "Magna Mater" ("Böyük Ana") deyib.
Professor "Kadmos" jurnalında dərc olunan məqaləsində yazır ki, bu abidə Lidiya Krallığı dövründə inşa edilib. Həmin krallıq Frigiya ilahəsi Materanı yüksək dərəcədə ehtiramla qəbul edib.
Abidə təbii təsirlər və qarətçilər tərəfindən ciddi zədələnib. Yazını oxumaq çətin olduğundan, onun üzərində 19-cu əsrdən etibarən mübahisələr gedirdi. Mark Mann abidəni dəqiq işıqlandırma ilə fotoşəkillərini çəkib, köhnə şəkil və videoları da analiz edərək yazının detallarını deşifrə edib.
Mannın fikrincə, Materan adı abidədə daha böyük bir yazının tərkib hissəsidir. Bu yazıda ilahə kimliyinin və yazının kim tərəfindən sifariş edildiyinin izah edildiyi güman edilir. Professor həmçinin abidənin stilistik xüsusiyyətlərini araşdıraraq yazının eramızdan əvvəl 6-cı əsrin birinci yarısına aid olduğunu təsdiqləyib.
Lakin Fransadakı Praktiki Tədqiqatlar Məktəbinin müəllimi Rostislav Oreşko bu araşdırma ilə bağlı fərqli fikir bildirib. O, Frigiya yazıları üzrə geniş tədqiqatlar aparsa da, Mannın işində iştirak etməyib. Oreşko deyib ki, "Kadmos" jurnalında dərc olunan məqalə yazının oxunuşunu izah edir, lakin yeni bir interpretasiya təqdim etmir.
"Materan adı və onun Frigiya ilahəsi olması ilə bağlı oxunuş artıq 19-cu əsrdə təklif edilmişdi. Mannın nəticələri bu interpretasiyanı sadəcə təsdiqləyir", deyə Oreşko bildirib.
Abidənin sirri ətrafında müzakirələr hələ də davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1112 Tarix: 20 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrTramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrQadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi
Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin
25 sentyabrPaşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabr