Divara yapışdırılmış banan 6,2 milyon dollara satılıb - VİDEO
İtalyan rəssam Mauritsio Kattelanın 2019-cu ildə Art Basel Mayami çimərliyində sərgilənərkən sənət dünyasını ikiyə bölən "Komediyaçı" adlı divara yapışdırılmış banan əsəri hərracda rekord qiymətə satılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Sothebys-də böyük marağa səbəb olan əsər üçün hərrac 800 min dollardan başlayıb. Bir neçə dəqiqə ərzində əsərin qiyməti 2 milyon dollara, daha sonra isə 4 milyon dollara yüksəldi. Hərrac meneceri Oliver Berker satış zamanı "Bu fürsəti qaçırmayın, əvvəllər bu sözləri deyəcəyimi heç düşünməmişdim: Beş milyon dollara bir banan!" - deyərək zaldakı həyəcanı artırdı.
TRON kriptovalyuta platformasının qurucusu Castin Sun təxminən 5,2 milyon dollarlıq təkliflə divara yapışdırılmış bananın sahibi oldu. Bananı almaq üçün Sun təklifinə əlavə olaraq 1 milyon dollarlıq hərrac komissiyası ödəyib və ümumilikdə 6,2 milyon dollar qazanıb. Sun, bananın fiziki formasından çox, "Komediyaçı" adı altında divara yapışdırılmış bananı nümayiş etdirməyə imkan verən "orijinallıq sertifikatı" aldı.
Satışdan sonra açıqlama verən Sun əsərin sənət, internet yumoru və kriptovalyuta dünyasını bir araya gətirən mədəni bir fenomen olduğunu bildirib. O, bir neçə gün ərzində bananı özü yeyərək işin tamamlanacağını "unikal sənət təcrübəsi" kimi bəyan edib.
2019-cu ildə "Art Basel Miami Beach" sərgisində böyük əks-səda yaradan əsər 120 min dollara satılıb. Əsər sərgilənərkən gürcü əsilli amerikalı ifaçı Devid Datuna "Sənət ifası... Ac artist..." deyərək əsəri divardan qoparıb yeyib. Əsəri yeməzdən əvvəl aclıq hiss etmək üçün 2 saat gözlədiyini bildirən Datuna, "Bu banan deyil. Konseptdir. Rəssamın konseptini yedim" - dedi.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1833 Tarix: 21 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
II Ramzesin 6,7 metrlik heykəlinin çatışmayan hissəsi 94 ildən sonra tapıldı
Təxminən bir əsr ayrı vəziyyətdə qalan firon II Ramzesin heykəli yenidən birləşdirilərək Misirdə əvvəlki yerində quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazıb. Məlumata görə, heykəlin aşağı hissəsi 1930-cu ildə, yuxarı hissəsi isə yalnız 2024-cü ildə tapılıb. Təxminə
12 sentyabrZelenski G20 sammitində Putinlə görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. Almaniyanın "Deutsche Welle" nəşrinə istinadən xəbər verir ki, bu barədə Zelenski özü jurnalistlərə müsahibəsində deyib
12 sentyabrKrımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu (FOTO)
Bolnisi bələdiyyəsinin Arıxlı kənd sakini Kırımda dron hücumu zamanı həlak olub. istinadla xəbər verir ki, 45 yaşlı Mahir Məmmədov yük maşını idarə edərkən dron hücumuna məruz qalaraq həlak olub. Hadisə nəticəsində yük maşını yanıb, içərisindəki yük isə yararsız vəziyyətə düşüb. Qeyd edək ki, mərhumu
12 sentyabrFilippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb
Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind
12 sentyabrYəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
Yəmənin hökumət qüvvələri bu gün Qırmızı dənizdəki Moxa liman şəhərində husilərə zərbələr endirib. "Report" "Al-Arabia"ya istinadən xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb. Məlumata görə, Silahlı Qüvvələr texnika və silahları məhv edib, həmçinin husi qruplaşmasını
12 sentyabrƏlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsib
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri dayandırıb. Bu barədə "Report" Əlcəzairin rəsmi dövlət xəbər agentliyinə istinadən məlumat yayıb. Ölkə hökuməti bu addımın ikitərəfli əlaqələri qoruyub saxlamaq üçün bütün imkanlar tükəndikdən sonra atıldığını bildirib. Qərarı
10 sentyabrRusiya Ukraynaya məxsus 777 pilotsuz təyyarəni vurub
Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Voronej, Tula, Ryazan, Lipetsk, Nijni Novqorod, Saratov, Rostov, Samara vilayətləri, Perm diyarı, Mari El Respublikası, Krım, Udmurtiya Respublikası əraziləri, eləcə də Qara və Xəzər dənizlərinin suları üzərində Ukraynay
11 sentyabrİsrailin müdafiə naziri İranı üçüncü zərbə ilə hədələdi
İsrailin müdafiə naziri İsrael Katz bazar günü Baş nazir Binyamin Netanyahu ilə birlikdə Suriya tərəfindəki Hermon dağında İsrail əsgərlərini ziyarət edərkən İsrail qoşunlarının Suriyanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcəyini bildirib. xəbər verir ki, bu barədə "France-Presse"
10 sentyabr