İtkin kimi axtarılan "Hanımağa" səssizliyini pozdu
Aydının Köşk rayonunda 50-yə yaxın qoyunla birlikdə itdiyi üçün heyvan oğruları tərəfindən qaçırıldığı güman edilən "Hanımağa" ləqəbli Gülsüm Çoban üzə çıxıb.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, Yörük mədəniyyətinin tanıdılması üçün təşkil edilən tədbirlərə qatılan və geyindiyi yerli paltarlarla "Aydının Efe xanımı" kimi tanınan Gülsüm Çoban ötən gün yoxa çıxmışdı.
"Yeni Asır"da yer alan xəbərə görə, Çobanla yaylaqda otardığı qoyun-keçilərin tövlədə olmadığını görən qohumları xəbər ala bilmədikləri Gülsüm Çoban üçün polisə itkin şikayəti verib.
İtkin kimi axtarıldığı xəbərindən sonra polis qruplarına çatan Çoban, "Mən qaçırılmamışam, həyat yoldaşımla fikir ayrılığım səbəbindən heyvanlarımı götürüb özüm qaçdım" deyib.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2288 Tarix: 22 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazaxıstan hökumətinin yeni tərkibi təsdiqlənib
Qazaxıstanda hökumətin yenilənmiş tərkibi təsdiqlənib - yeni hökumətdə dörd yeni nazir təmsil olunur. "Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, müvafiq qərarlar Oljas Bektenovun yenidən baş nazir vəzifəsinə təyin edilməsindən sonra qəbul edilib. Xarici İşlər Nazirliyinə yenidə
3 sentyabrFransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd
5 sentyabrBu ölkədə etiraz etmək qadağan olundu
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" bütün formalarda etiraz aksiyalarını qadağan edən yeni qayda tətbiq edib. "Taliban" bu qərarın İslam qanunlarına və ictimai asayişə uyğun olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, "Taliban"ın sözçüsü Zəbihullah Mücahi
3 sentyabrOn bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı
Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy
5 sentyabr