Yadplanetlilərin dünyanı işğal planı

Yadplanetlilərin dünyanı işğal planıStatistikaya görə, 1947-1969-cu illərdə 12 618 nəfər UNO gördüyünü iddia etsə də, bunlardan sadəcə 70 nəfərinin etdiyi müraciət hələ də naməlum olaraq qalır. Yəni bu kimi halların bir çoxu ya təyyarə, ya da digər hava uçuş aparatlarının UNO-ya bənzədilməsi səbəbilə baş verib.

İnsanların UNO gördüm deyə etdikləri müraciətlərin sadəcə 3%-i gerçək sayıla bilər və bu da 97%-lik bir yanılma ehtimalını yaradır.

UNO kimi təxmin edilən çox şey, əslində, hər kəsə tanış olan cismə - hava şarına aiddir. 1942-ci ildə Los-Ancelesdə baş verən bir hadisə mediada "yadplanetlilərin varlığı isbatlandı" başlığı altında tirajlandı. Sirena səslərinə bənzər səs çıxaran bir cisim göydə ABŞ əsgərləri tərəfindən atəşə tutuldu. Sonradan bu cismin sadəcə hava şarı olduğu təsdiqləndi. İşin daha pis tərəfi o idi ki, bəzi insanlar bunu Yaponiyanın ABŞ-a Pörl-Harbora hücumundan sonra yeni bir həmləsi olduğunu düşünmüşdülər.

Dünya xaricində həyatın olub-olmaması ölkələrin və hökumətlərin daimi maraq çərçivəsində olub. UNO adı ilə bildiyimiz və bir çoxu tərəfindən görüldüyü iddia edilən şey, əslində, tamamilə naməlum olaraq qalır və min illərdir öz sirrini saxlamaqda davam edir. UNO qısaltması da elə "Uçan Naməlum Obyekt" mənasına gəlir. Yəni yadplanetli deyilən varlıqların olub-olmaması gerçəyini hələ də gün üzünə çıxara bilməmişik.

Bir çox təsvirdə deyildiyinə görə, yadplanetlilərin böyük başları, iri gözləri və kiçik bir ağızları var. Əslində, yaşadığımız dövrdə mövcud olan bu təsvirlərin izləri qədim zamanlara gedib çıxır. Eramızdan əvvəlki illərdə və sonrakı yüzilliklərdə mağara divarlarında, müxtəlif sənət əsərlərində çəkilən yadplanetli təsvirləri insanların bugünkü təsəvvürlərindəki ilə xeyli oxşarlıq təşkil edir. Keçmişdəki insanlar sanki bizə yadplanetlilərin varlığından bəhs etmək istəmişdilər.

1920-ci ildə ABŞ-da bir tarla yaxınlığında, 1939-cu ildə bir xatirə fotosunda, 1942-ci ildə Çində və 1945-ci ildə Kaliforniyada yenə bir xatirə fotosundakı arxa planda görünən UNO-lar, haqqında ən çox danışılan görüntülərdən sadəcə bir neçəsidir. Amma bu görüntülər mənə çox da inandırıcı gəlmir. Məsələn, çəkilən xatirə fotosundakı incə xətt dövrün mövcud şərtləri nəticəsində, yaxud kamera qarşısındakı toz hissəciyindən qaynaqlana bilərdi. Ya da Kaliforniyada çəkilmiş fotoda həmin naməlum obyektin sadəcə quş olma ehtimalı daha çoxdur, nəinki UNO. İnsanların bu şəkillərə baxaraq həmin varlıqların UNO olduğu qənaətinə gəlmələri mənə çox şişirdilmiş hadisə kimi gəlir. Bəlkə də daha əsrarəngiz olduqlarına görə insanların inanmaq istədikləri bunlardır. Amma bütün bunlar təəssüf ki, reallığı dəyişdirmir.

ABŞ hökuməti Rusiya ilə olan kosmik rəqabətdə qalib gəlsə də, həmişə bütün dünyada da yeganə güc olmaq istəyib. Bunun üçün yadplanetlilər və UNO-lar haqqında bir çox yalan xəbər də tirajlanıb. Kiçik bir araşdırma etsək görərik ki, UNO gördüyünü iddia edən insanların çox böyük bir qismi ABŞ-da yaşayır.

ABŞ ruslara və bütün dünyaya kosmik texnologiyaya sahib olduğunu göstərmək istəyir. Onsuz da buna görə əvvəlcə UNO tapdıqlarını iddia edib, sonradan onun hava şarı olduğunu demişdilər. Əslində, bütün bunlar bir planın parçasıdır. Saxta yadplanetli işğalı planı.

"Bəlkə də bir-birimizə daha möhkəm bağlanmaq üçün dünya xaricindən gələcək bir qorxuya ehtiyacımız var. Bəzən dünya xaricindəki hər hansısa bir təhlükə ilə üzləşdikdə bütün fərqliliklərimizi unudacağımızı düşünürəm. Əgər bu cür bir təhlükə ilə üzləşsək, birləşə bilərik".

1974-cü ildə ABŞ-da bir konfrans zalında səsləndirilmiş bu sözlər boş yerə deyilməyib. İkinci Dünya müharibəsindən sonrakı çalışmaların çox kiçik bir qismi haqqında bilgiyə sahibik. Texnologiya isə bu dövr ərzində həddən artıq yüksək bir səviyyəyə çatıb. İnsanlar artıq asanlıqla aldadıla bilər.

Qulağa inandırıcı gəlməsə də, bu, müəyyən bir planın parçası ola bilər. Dünyaya guya yadplanetlilər hücum edəcək, amma bu hücum insanların nəzarəti altında robotlar tərəfindən baş tutacaq. Dünya işğal edilsə və buna hansısa ölkə əngəl olsa, yəni dünyanı xilas etsə, nə olardı?

Heç şübhəsiz, həmin dövlət dünyanın tək hegemon dövləti, hər mövzuda ən böyük söz sahibi onlardır. Bir çox filmdə yadplanetlilər tərəfindən dünyanın işğal edilməsi mövzusu əsas götürülüb və bu filmlər ən çox izlənilənləri başında gəlir. Bu filmlərin çəkilməsindəki məqsəd isə bəllidir. İnsanların şüur altına ABŞ-ın qəhrəman və xilasedici qüvvə olmasını yerləşdirmək.

Hər hansısa bir ölkənin bu cür çılğın planı olduğunu düşünmək istəmirəm. Bəsit bir düşüncə ilə desək, saxta yadplanetli işğalı təşkil etmək, ardınca dünyanı həmin işğaldan xilas etmək və dünyanı xilas edən ölkə olaraq bütün dünyada söz sahibi olmaq. Bunu gün keçdikcə zəifləyən və bir zamanlar güc sahibi olan bir ölkənin əvvəlki gücünə qayıtmaq üçün son həmlə olaraq da düşünmək olar.

Mənim fikrimcə isə, bu mütləq bir gün olacaq. Eynilə, qiyamət kimi.../Lent.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1405   Tarix: 27 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Historia"

24 sentyabr
.

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin

24 sentyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada uçan iki Husi dronunu vurduğunu bildirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 26 sentyabr gecəsi Yəmən husiləri tərəfindən krallığın paytaxtı Ər-Riyada doğru atılan iki dron vurduğunu bildirib. xəbər verir ki, koalisiya husilərin raket və dron təhdidlərini izlədiyini bildirib, lakin dronların vurulması ilə bağlı əlavə məlumat verməyib

26 sentyabr
.

Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir

Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl

25 sentyabr
.

İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl

24 sentyabr
.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d

23 sentyabr
.

Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini

25 sentyabr