Kiborqlar dövrü yaxınlaşır - İflic olmuş insanlar üçün yeni ümid

Kiborqlar dövrü yaxınlaşır - İflic olmuş insanlar üçün yeni ümidİlon Maskın "Neuralink" şirkəti beyin implantı və eksperimental robot əlinin imkanlarını öyrənmək üçün yeni tədqiqatın aparılmasına icazə alıb.

Oxu.Az bu barədə "Reuters"ə istinadən məlumat verir.

Bildirilir ki, sınaq simsiz neyrointerfeysin və cərrahi robotun təhlükəsizliyini, həmçinin onların bütün ətrafları iflic olan kvadriplegiya xəstələrinə təsirini qiymətləndirməyə yönəlib.

İştirakçılar xarici cihazları yalnız düşüncə gücü ilə idarə edə biləcəklər.

Ötən həftə "Neuralink" Kanadanın "Health Canada" tənzimləyicisindən öz cihazının Kanadada sınaqdan keçirilməsinə icazə alıb. Tədqiqat çərçivəsində iflic olan altı xəstənin iştirakı planlaşdırılır ki, bu da proqramın coğrafiyasının genişləndirilməsində mühüm mərhələ olacaq.

"N1 implantı ilə eksperimental robot əlinin idarə edilməsi üçün nəzarətin genişləndirilməsi imkanlarının öyrənilməsi üzrə yeni tədqiqatın təsdiqlənməsi və başlanmasını elan etməkdən məmnunuq. Bu, təkcə rəqəmsal deyil, həm də fiziki azadlığın bərpası yolunda mühüm ilk addımdır", - deyə "Neuralink"in "X" hesabında bildirilib.

Şirkət qeyd edib ki, bu tədqiqat "Convoy" kod adı altında aparılır və əlavə məlumat sonradan təqdim ediləcək.

Qeyd edək ki, "Neuralink" 2023-cü ilin sentyabrında beyin çip-implantının insanlar üzərində ilk klinik sınağı üçün müstəqil müşahidə şurasının təsdiqini alıb. Bundan sonra şirkət onurğa beyninin boyun hissəsinin zədələnməsi və ya yan amiotrofik skleroz səbəbindən iflic olan xəstələr arasından könüllülərin cəlb edilməsinə başlayıb.

2024-cü ilin yanvarında şirkətin mütəxəssisləri ilk dəfə olaraq implantı insan beyninə yerləşdiriblər. Avqustda "Neuralink" ikinci xəstəyə uğurla beyin çipi implantasiya edib. Onun beynində hazırda 400 elektrod işləyir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1370   Tarix: 27 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?

Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli

12 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr