Dövlət qurumunun əməkdaşları elektrik dirəyindən yıxıldılar - Ölən var
Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə yaralanıb.
"Report"un məlumatına görə, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədində qeydə alınıb.
İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədov elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıblar.
Hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.
Onların "Azərenerji"nin əməkdaşları olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2280 Tarix: 30 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Baş örtüyü ilə üzlərini gizlədən ana və qız evdən qızıl oğurladılar - VİDEO
Adana şəhərində baş örtüyü ilə üzlərini gizlədən ana və qız iki evə daxil olaraq 670 min lirə dəyərində qızıl, zinət əşyası və pul oğurlayıblar. xəbər verir ki, hadisə ilə əlaqədar 3 şübhəlidən Yeter U. tutularaq həbs edilib. Təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən Yeter U. ittihamları rəd
18 dekabrBoşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO
İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu
17 dekabrGənc fenomen dünyasını dəyişdi
TikTok-dakı paylaşımları ilə geniş izləyici kütləsinə sahib olan gənc ulduz Tucker Genalın vəfat etdiyi bildirilib. türk mediasına istinadən xəbər verir ki, Genalın ölüm xəbərini 15 dekabrda qardaşları Carson və Connor Genal Instagram hesabları vasitəsilə paylaşaraq izləyiciləri ilə bölüşüblər. Onla
16 dekabrİştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər
Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar
17 dekabrQocalar evinin işçisi yaşlı kişini döyərək öldürüb - VİDEO
İstanbulun Böyükçəkməcə rayonunda fəaliyyət göstərən Özəl Böyük Marmara Qocalar evində 2023-cü ilin iyul ayına aid olduğu bildirilən görüntülər cəmiyyətdə böyük rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, görüntülərdə yaşlı kişinin "Səhərdən bəri məni döyürlər" dediyi, bir şəxsi
17 dekabr