Alp və Himalay dağları necə yaranıb? - Alimlərdən yeni kəşf
Monaş Universiteti və Avstraliya Milli Universitetinin bir qrup alimi Himalay və digər dağ sistemlərinin yaradılması ilə hansı tektonik proseslərin müşayiət olunduğunu müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Earth and Planetary Science Letters" (EPSL) elmi jurnalında dərc olunub.
Komanda materik qabığının kütlə və həcm balansının nəzəri modelini işləyib hazırlayıb və qısaldılmış qabığın miqdarını şaquli olaraq qalınlaşan, yan tərəfdən sıxılan və plitələrin toqquşması zamanı səthdə aşınmaya məruz qalan qabıqla müqayisə edib.
Tədqiqat qrupu Himalay-Tibet yaylasının formalaşması zamanı qitə qabığının ən azı 30%-nin mantiya tərəfindən itirildiyini müəyyən edib. Müasir İran, İraq və Türkiyə ərazisində Zaqros dağlarının yaradılması zamanı yer qabığının təxminən 64%-i, Alp dağlarının yaranması zamanı isə 50%-ə qədəri məhv olub.
Alimlər oxşar proseslərin əvvəllər də baş verdiyini qeyd ediblər.
"Materiklərin toqquşması nəticəsində yaranan dağ silsilələri də əvvəlki geoloji dövrlərdə, xüsusən də super qitələrin formalaşması zamanı nəhəng qitə kütlələrinin bir araya gəldiyi zaman formalaşıb", deyə nəşr yazır.
Tədqiqatın aparıcı müəllifi doktor Ziyi Zhu bildirib ki, Şərqi və Qərbi Qondvananın toqquşması təxminən 500 milyon il əvvəl Trans-Qondvana Superdağları kimi tanınan nəhəng dağ qurşağı yaradıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1184 Tarix: 02 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Universiteti yarımçıq buraxıb, uşaqlıq xəyalına sarılan gənc milyoner oldu
ABŞ-ın Mayami şəhərində yaşayan Andres Fernandez uşaqlıq həvəsini milyon dollarlıq biznesə çevirib. Biznes təhsili aldığı universiteti cəmi bir semestrdən sonra yarımçıq qoyan Fernandez bütün diqqətini Pokémon kartlarının satışına yönəldib. xarici mediaya istinadla xəbər verir ki, Fernandezin Pokémon-
31 avqustSaç kəsildikdən sonra həqiqətən daha sürətlə uzanırmı?
Bir çox insan nə qədər tez-tez saçını kəsdirsə, saçların bir o qədər sürətlə uzanacağını düşünür. Lakin bu, geniş yayılmış yanlış fikirdir. Qaynarinfo xəbər verir ki, "Grazia" nəşrinin yazdığına görə, saç kəsimi onların uzanma sürətinə təsir göstərmir. Çünki saç baş dərisində yerləşən saç follikullarında
31 avqustKüçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI
Şəhər mərkəzlərində və piyada yollarında, xüsusilə səki kənarlarına yerləşdirilən beton kürələr və monolit strukturlar estetik görünüşlə yanaşı, yol təhlükəsizliyi və şəhər nizamı baxımından mühüm rol oynayır. xəbər verir ki, "beton duba" və ya "bolard" adlandırılan bu kürə və konu
30 avqustAzərbaycanda çoxunun evində var: 250 MANATA ALIRLAR - FOTO
Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri hesab olunan 50 min manatlıq əskinas bu gün də kolleksiyaçılar arasında maraq doğurur. xəbər verir ki, bu barədə gənc numizmat Fərhad M. məlumat verib. Onun sözlərinə görə, 50 min manatlıq əskinas 1996-cı ildə dövriyyəyə buraxılıb və 2006-cı ilədək istifad
30 avqustDodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı
Dodaqların kənarlarında yaranan çatlar (anqulyar xeylit) orqanizmdəki bəzi problemlərdən xəbər verə bilər. Bu halın ən geniş yayılmış səbəblərindən biri dərinin və selikli qişaların bərpa olunma qabiliyyətini zəiflədən müəyyən vitamin və mineralların çatışmazlığıdır. xəbər verir ki, bu barədə -ya həkim-terapev
28 avqustAlimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?
Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill
30 avqust"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO
"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. xəbər verir ki, sına
28 avqust"Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi
ABŞ-nin Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) Birləşmiş Ştatlar ərazisində Ontario gölünün adını rəsmi olaraq "Amerika gölü" kimi dəyişdirib. xəbər verir ki, bu barədə "Google" şirkəti rəsmi bloqunda məlumat yayıb. "Google"dan bildirilib ki, şirkət rəsmi hökumət mənbələrindəki
31 avqust