Efirdə "yıxılan" oxuyançılar: vallah, ta mədəmiz götürmür – REPLİKA
Bu gün yenə qarşıma çıxdı ki, Azərbaycanda hansısa müğənninin canlı efirdə ürəyi gedib. Bir də görürsən deyirlər ki, filan oxuyançının canlı efirdə halı pisləşdi. Hələ çoxu guya studiyada "birdən-birə" yıxılır. Bu barədə axtarış matorlarına sorğu versəniz qarşınıza minlərlə belə hadisələr çıxar.
Nətər olursa çoxunun da verilişin canlı getdiyi yerdə səhhətləri qəfildən pisləşir. Özü də elə rahat yıxılırlar, adamın lap paxıllığı tutur. Vallah bizim ətrafımızda özünü artistliyə qoymadan o qədər yıxılan olub ki, yazıqlar aylarla xəstəxanadan çıxa bilməyib. APA GROUP-un bir əməkdaşı vardı, bapbalaca yerdən yıxılmışdı. Neçə ay həkimxanada qaldı, sonra da 1 ilə yaxın qoltuq əsaları ilə gəzdi. Yıxılan bax belə olur. Yoxsa bunlar canlı efirdə yıxılıb, tez oradan da durub hoppana-hoppana gedirlər.
Sən Allah ta bəsdir. Anadolular demiş, bu şou artıq qabaq dadı verməyə başlayıb. Zəhmət olmasa yeni variantlar fikirləşin. Guya camaat bilmir ki, bütün bunlar əvvəlcədən müğənnilərlə aparıcılar arasında olan anlaşmadı? Bizi nə yerinə qoymusunuz?
Kimsə kənardan çıxıb mənə ağıl verməsin ki, bu səhhət məsələsidir, onunla zarafat etmək olmaz. Yaxşı görək, nənələrimiz demiş "ətimiz töküldü". Ya da qınamasın ki, gülmə qonşuna gələr başına. Dedim də sizə qonşumun başına gələni. Yazıq yıxılıb aylarla xəstəxanadan çıxa bilmədi.
Hə, o başqa məsələdir ki, heç bir artistlik etmədən, plan qurmadan hətta dünya ulduzlarının başına da səhnələrdə qəza gəlib. Özü də onların çoxu həyatlarını itirərək baş verən hadisənin qurama olmadığını bütün dünyaya sübut ediblər. İndi mən demirəm ey bizimkilər də ölsün ki, biz də inanaq. Əstəfurullah, lap qurdla qiyamətə qalana kimi yaşasınlar. Amma hoqqa çıxarmasınlar. Allah haqqı artıq mədəmiz götürmür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə
24 sentyabr10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27 sentyabrAlim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20 sentyabrElzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"
"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini
3 oktyabrAlim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi
23 sentyabr"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27 sentyabrCim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
4 oktyabr"Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın
29 sentyabr"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl
4 oktyabr