2025-ci ilin əsas rəngi açıqlandı

2025-ci ilin əsas rəngi açıqlandı"Pantone" gələn il üçün əsas rəng çalarını açıqlayıb. Bu, "Mocha Mousse" rəngidir.

Oxu.Az xəbər verir ki, bu barədə "Pantone" Rəng İnstitutunun rəsmi saytında məlumat verilib.

"Mocha Mousse" rəngi yüngüllük hissi bəxş edir və şokoladlı qəhvəyi çalarları ilə şüşə qabda köpürmüş deserti xatırladır.

"Pantone Color Institute" "Pantone" şirkətinin tədqiqat mərkəzidir. Burada mütəxəssislər rəng və onun təsirləri ilə bağlı araşdırmalar aparırlar. İl ərzində rəng nümunələri təhlil olunur və incəsənət, kino, moda, eləcə də siyasi və iqtisadi hadisələrdən məlumatlar toplanır.

İnstitutun vitse-prezidenti Lori Pressman bildirib ki, ilin rənginin seçilməsinə qlobal diqqəti cəlb edən yeni materiallar, texnologiyalar və qarşıdan gələn idman tədbirləri də təsir göstərə bilər.

"İlin rəngi, həmin dövrdə qlobal mədəniyyətimizdə baş verənləri ən yaxşı şəkildə əks etdirən mesajı verir" , - deyə Pressman əlavə edib.

Qeyd edək ki, 2024-cü ilin əsas rəngi "Peach Fuzz" seçilmişdi. Bu, günəşin doğuşunun və qürubun istiliyini, yumşaq yorğanın rahatlığını simvolizə edən zərif şaftalı çalarlarıdır. "Peach Fuzz" çətin zamanlarda qayğı, empatiya və şəfqət ehtiyacını ifadə edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1447   Tarix: 06 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sevgilisinin arvadını izləyən DÜNYA ULDUZUNDAN yeni xəbər

Dünyaca məşhur "Love Island" realiti-şousunun ulduzu Huda Mustafa haqqında yayılan qalmaqallı videodan sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib. TMZ-ya istinadən xəbər verir ki, Huda Mustafa Los-Ancelesdə keçirilən tədbirlərdən birində kameralara tuş gəlib. O, son günlər ətrafınd

17 iyun
.

Medina "Qarabağ"dan getdi

"Qarabağ" Kevin Medina ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib. Qeyd edək ki, K.Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. O, Ağdam klubunun heyətində 200-dən çox oyuna çıxıb, 6 dəf

17 iyun
.

Orqanizmdə xroniki iltihabı azaldan məhsullar

Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən qida məhsullarını açıqlayıblar. Aparılan tədqiqatlar göstərir ki, xroniki iltihab ürək-damar xəstəlikləri və diabet də daxil olmaqla, bir sıra ciddi problemlərin riskini artırır. "Healthline" portalına istinadən xəbə

17 iyun
.

Milçəklər ayaqları ilə çeynəyirlər - niyə onları ovlamaq çətindir?

Əlinizi milçəyə tərəf qaldırırsınız, amma o, bir göz qırpımında uçub gedir. Çoxlarına elə gəlir ki, milçək zərbəni əvvəlcədən hiss edir. Əslində isə bunun səbəbi tam başqadır. Alimlərin fikrincə, milçəklər ətraf aləmi insanlardan xeyli fərqli qəbul edir və buna görə təhlükədən çox sürətlə yayınırlar

18 iyun
.

Kondisionersiz evi sərin saxlamağın sadə yolları

Yay istisində otağı sərinlətmək üçün hər kəs kondisionerdən istifadə edə bilmir. Buna görə də bir çox insan daha sərfəli və sadə üsullarla evdə rahatlığı artırmağa çalışır. İtaliyalılar və ispanlar isti havaların təsirini azaltmaq üçün su ilə doldurulmuş butulkalar, pəncərəyə asılan nəm parçalar və qalı

14 iyun
.

İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkib. xəbər verir ki, kadrlarda bir pişiyin ilk dəfə gördüyü tısbağaya verdiyi reaksiya əks olunub. Tısbağa ilə qarşılaşan pişik əvvəlcə ona ehtiyatla yaxınlaşaraq maraqla müşahidə edib. Xüsusilə heyvanın təəccüb dolu baxışları və tərəddüdl

15 iyun
.

"Haber Global: Hikmət Hacıyevin Dilican səfərində sülh gündəliyində duran vacib məsələlər müzakirə edildi

"Haber Global" Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Dilican şəhərinə səfər etməsi və Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü ilə bağlı videomaterial hazırlayıb. xəbər verir ki, süjetdə görüş zamanı Azərbaycan və Ermənista

15 iyun
.

"LinkedIn" mesajını spam sanmışdı, milli komandaya çağırıldığını 9 ay sonra öyrəndi

2026-cı il Dünya Kubokunda İspaniya ilə qolsuz heç-heçə edərək diqqətləri üzərinə çəkən Yaşıl Burun Adalarının futbolçusu Piko Lopes maraqlı hekayəsi ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, 33 yaşlı müdafiəçi peşəkar futbolçu olmamışdan əvvəl bank sektorunda çalışıb. Yaşıl Burun Adalar

17 iyun
.

Cəsarəti ilə diqqət çəkdi: İlanları belə tutdu - VİDEO

Türkiyənin Hatay vilayətində "İlançı Kemal" kimi tanınan Kemal Başer diyaliz xəstəsi olan bir ailənin evinə girməyə çalışan 2 qara ilanı zərərsizləşdirib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, o, uzun sürən mübarizədən sonra ilanların gizləndiyi yerdən çıxararaq onları tutmağ

16 iyun