Anası şəhid oğlunun məzarı başında bir sirr öyrənib
Baku TV-də Vətən müharibəsi şəhidi Şahmar Səfərov haqqında reportaj yayımlanıb.
44 günlük Vətən müharibəsi zamanı şəhid olan leytenant Şahmar Səfərov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Oğlu ilə bağlı xatirələrindən danışan Pakizə Səfərova bildirib ki, hərbçi olmaq Şahmarın çoxdankı arzusu olub:
"Oğlumun hərbçi olmasını istəmirdim. 8-ci sinifdən hərbiyə getmək istəyirdi, qoymadım. Daha sonra ali təhsilə yönləndirməyə çalışdım, amma istəmədi. Şahmar öz qərarında duran uşaq idi, onu fikrindən döndərə bilməzdim".
Pakizə Səfərova oğlunun şəhid xəbərini necə almasından danışıb:
"Müharibənin başlamasından xəbərim yox idi, yas yerində öyrəndim. Özümü narahat hiss etdim, tez durub evə getdim. Televizorda torpaqlarımızın bir qisminin azad edildiyini və şəhidlərimizin olduğunu eşitdim. Heç düşünmədim ki, Şahmar da o şəhidlərin sırasında olar. O ki hərbinin sirlərini bilir. Baldızlarım bizə gəlmişdi, dedim "niyə gəlmisiniz? Şahmar şəhid olub?". Dedilər "hə". Bunu eşidəndə elə bil ki, məni ildırım vurdu".
Şəhid anasının sözlərinə görə, oğlunun sevdiyi qız var idi:
"Fəxri xiyabanda bir qadın mənə yaxınlaşdı. Dedi ki, bir qızı Şahmarın məzarının önündə ağlayan zaman görüb. Qızdan soruşub "bu şəhidin nəyisən?". Qız Naxçıvandan gəldiyini və Şahmarın sevgilisi olduğunu deyib. Oğlum ona üzük alıbmış. Sevgilisi üzüyü çıxarıb torpağa basdırmaq istəyib. Deyib "özü yoxdur, üzüyü niyə saxlayım?". Qadın mane olmağa çalışıb. İndi qızın həmin üzüyü saxlayıb-saxlamadığını bilmirəm".(oxu.az)
Ətraflı reportajda:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
İki illik viza aldığı ölkədə 2 həftə qala bilmədi: "Burdakı kişilərdə problem var" - VİDEO