Əsəd Suriyadan hamını aldadıb qaçdı – YENİ FAKTLAR

Əsəd Suriyadan hamını aldadıb qaçdı – YENİ FAKTLARBəşər Əsəd öz planlarını ən yaxın çevrəsindən belə gizlədərək Suriyanı tərk edib.

Lent.az bildirir ki, mənbələrin "Reuters"ə verdiyi məlumata görə, ordu, ailə və müttəfiqlərin müqavimət göstərməməsi üçün qaçması diqqətlə planlaşdırılıb.

Şənbə günü axşam Əsəd Müdafiə Nazirliyinin binasında yüksək səviyyəli hərbi və təhlükəsizlik rəsmiləri ilə görüş keçirib. O, Rusiyadan yardımın yolda olduğunu deyib və komandirləri mövqelərini saxlamağa çağırıb. "O, hamını aldadıb. Qoşunları dəstəkləmək və ya müdafiə təşkil etmək niyyəti yox idi", - ərəb analitik mərkəzinin direktoru Nadim Huri bildirib.

Əslində Əsəd artıq bir qaçış planı hazırlayıbmış. Köməkçilərin dediyinə görə, o, prezident aparatına evə getdiyini desə də əslində hava limanına gedibmiş. O, guya çıxış hazırlamaq üçün müşaviri Buseyn Şabanı yanına dəvət edib, lakin o gələnə qədər o, artıq orada olmayıb.

Əsəd dekabrın 8-də transponderi qüsurlu olan təyyarə ilə Dəməşqdən uçub. Onun son mənzili ailəsinin əvvəllər təxliyə olunduğu Moskva olub. Bu arada döyüşlər davam edib: "Həyat Təhrir əl-Şam" qruplaşmasının üsyançıları Hələbi ələ keçirərək sürətlə paytaxta doğru irəliləyiblər.

Əsədin əsas müttəfiqləri - Rusiya və İran hərbi yardım göstərməkdən imtina ediblər. Noyabrın sonunda Əsəd Moskvaya səfər edib və orada Kremldən müdaxilə etməyi xahiş edib. Lakin üç diplomatik mənbənin bildirdiyinə görə, ondan imtina edilib. Rusiya hakimiyyəti Ukraynadakı müharibəyə köklənib və Əsədi xilas etmək imkanını görməyib.

Şahidlərin sözlərinə görə, Əsəd İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşdə depressiyaya düşüb. O, ordunun öz mövqeyini saxlaya bilmədiyini, lakin İsrailin İran qüvvələrinə zərbə endirməsi riski səbəbindən birbaşa yardım tələblərindən yayındığını etiraf edib.

Hakimiyyəti saxlamaq mümkün olmadığı aydınlaşdıqda, Rusiya onun "evakuasiyasının" təhlükəsizliyini təmin etməyi öz üzərinə götürüb. Rusiya diplomatları Qətər, Türkiyə və hətta "Həyat Təhrir əl-Şam"ın nümayəndələri ilə Əsədin ölkədən təhlükəsiz şəkildə çıxması ilə bağlı razılığa gəliblər.

Keçmiş baş nazir Məhəmməd Cəlalinin sözlərinə görə, onun Əsədlə son söhbəti qaçmazdan bir gecə əvvəl olub. "Mən ona Homsdan insanların çaxnaşma və kütləvi şəkildə qaçması barədə danışdım. Cavab verdi: "Sabah görüşərik". Bu, onun son sözləri idi", - Cəlali "Al Arabiya"ya deyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1283   Tarix: 14 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə

17 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021