KİV: Qəzzadakı mülki əhali arasında ölənlərin sayı ilə bağlı Fələstinin məlumatları xeyli şişirdilib
Qəzza Səhiyyə Nazirliyinin İsrailin HƏMAS hərəkatının hücumuna hərbi cavabının başlanğıcından bəri anklavdakı mülki əhali arasında 44 mindən çox ölüm halı barədə məlumatlar xeyli şişirdilib və yanıldıcıdır.
"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti müstəqil tədqiqat qrupu olan "Fifty Research Group" (FRG) və 2005-ci ildə Kembric Universitetində təsis edilmiş Henri Cekson Cəmiyyəti (HJS) adlı Britaniya ictimai birliyinə istinadən yazıb.
Nəşrin yazdığına görə, bu təşkilatların araşdırmaları münaqişələr haqqında narrativin təhrif olunmasına səbəb olan rəqəmlərlə sistematik manipulyasiyanı aşkar edib.
"HƏMAS-ın rəhbərliyi altında fəaliyyət göstərən Səhiyyə Nazirliyi mülki şəxslərlə yaraqlıların ölümü arasında fərq qoymadan, qadın və uşaqlar arasında ölənlərin sayını şişirdərək və hətta münaqişə başlamazdan əvvəl ölənləri də daxil etməklə ölənlərin sayını sistematik olaraq şişirdir", – sənəddə qeyd olunub.
Öz növbəsində, FRG öz tədqiqatında BBC, CNN və "The New York Times" da daxil olmaqla, aparıcı dünya KİV-lərinin 1 378 məqaləsini təhlil edib.
Nəticədə məlum olub ki, məqalələrin 98 %-i Qəzza Səhiyyə Nazirliyinin təqdim etdiyi itki məlumatlarına əsaslanıb, yalnız 5 %-i İsrail və ya ABŞ kəşfiyyat mənbələrinin məlumatlarına istinad edib.
Əldə edilən məlumatlar Qəzzada qurbanların əksəriyyətinin mülki şəxslər olması barədə iddiaları təkzib edir. FRG tərəfindən təsdiqlənmiş İsrail və ABŞ kəşfiyyatının məlumatlarına görə, qeydə alınmış ölüm hallarından təxminən 17 mini HƏMAS döyüşçüləridir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 660 Tarix: 15 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrPaşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrTramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabr