Qeyri-adi pilləkənlər, kitabları daşımaq üçün relslər: "Harri Potter"in yazıldığı məkandan REPORTAJ

Qeyri-adi pilləkənlər, kitabları daşımaq üçün relslər: "Harri Potter"in yazıldığı məkandan REPORTAJDünyada ən çox izləyicisi olan Harri Potter haqqında sehrli hekayənin doğulduğu Portuqaliyanın Portu şəhərindəki heyrətamiz yer haqqında az adam bilir. "Lello & Irmão" - "Livraria Lello" şəhərin əsas mədəni yerlərindən biridir. Bu, yüz ildən artıqdır ki, qorunub saxlanılan, gənclik ruhu ilə dolu, azad düşüncəli bir kitab məkanıdır. Əsasən kitab mağazası olsa da, daha çox kitabxana kimi məşhurdur. Şayiələrə görə, məşhur ingilis yazıçısı Coan Ketlin Roulinqin "Harri Potter" yazmaq ilhamı Portuda, xüsusən də bu kitabxanada başlayıb. Tanınmış yazıçı 1990-cı illərin əvvəllərində ingilis dili müəllimi işləyərkən 10 il Portuda yaşayıb. Yazıçı Lellonun kitab mağazasının ikinci mərtəbəsində bir fincan qəhvə içməyi və burada kitablar arasında vaxt keçirməyi xoşlayırmış.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Portuqaliyanın ən qədim kitab mağazası

Portuqaliyanın ən qədim kitab mağazasına daxil olmaq üçün onlayn bilet almaq (8 avro) lazımdır. Ancaq bu, ziyarətçiyə uzun növbəni keçmək hüququ vermir. Sadəcə, məkana daha tez daxil olmaq üçün mağaza açılmamışdan - 9.00-9.30-dan əvvəl gəlmək məsləhət görülür. Bu vaxt turistlər çox olmur.

Mağazaya daxil olmaq üçün biletin onlayn alınması şərtini mağazanın qarşısında öyrənirəm. Gözləmək üçün vaxtımın az olduğunu, uçuşa gecikəcəyimi izah edincə xanım bələdçi uzun növbənin arasından mağazaya daxil olmağıma şərait yaradır…

Kitab evinin qapılarından içəri girəndə tavana qədər taxta rəflər, ikinci mərtəbəyə aparan nəhəng pilləkən, zərif taxta divarlar, eləcə də oyma ağacı təqlid edən dekorativ elementlərlə bəzədilən vitraj diqqəti cəlb edir. Kitab evinin fasadı neo-qotik üslubda hazırlanıb. Mağazada kitablar olan arabanın daşındığı relslər var.

Bura qeyri-adi interyerinə görə bir çox səyahətçi və ekspertlər tərəfindən dünyanın ən mükəmməl kitab mağazalarından biri kimi tanınıb. Dəfələrlə müxtəlif nəşrlər - xüsusən, "The Guardian", "Süddeutsche Zeitung" və "Lonely Planet" tərəfindən dünyanın ən gözəl kitab mağazalarının siyahısına daxil edilib. İnsanlar məkana baxmaq və bir neçə şəkil çəkmək üçün saatlarla ən uzun növbədə dayanmağa hazırdırlar.

Xose Lellonun xəyalı

Mağazaya gələnlər ilk növbədə onun tarixi haqqında öyrənməyə çalışırlar. Kitab mağazasının tarixi 19-cu əsrin sonlarından başlayır. O vaxt Portuda yaşayan, oxumağa və musiqiyə sevgisi olan Xose Lello ədəbi qəhrəmanların enişli-yoxuşlu həyatına qərq olaraq onlarla empatiya qurmağı və kitab satmağı xəyal edirdi. Nəhayət, onun arzusu gerçəkləşir. 1881-ci ildə qardaşı Antonio ilə birlikdə Almada küçəsində ilk kitab mağazasını açır. Daha sonra o, qardaşı ilə Karmelitas küçəsində başqa mağaza istifadəyə verir. Mühəndis Fransisko Xavyer Esteves tərəfindən layihələndirilən bina Xosenin romantik xəyallarına uyğun gəlir. "Lello və qardaşı" yazısının üstündə elm və incəsənəti təcəssüm etdirən iki qadın silueti var.

Lello qardaşlarının nəşriyyatı zamanla Portuqaliyanın ən böyük nəşriyyatına çevrilir. Anbarlarında 20-ci əsrin əvvəllərində portuqal müəlliflərinin 3 000 adda əsəri var idi. Nəşriyyat və mağaza xarici həmkarları ilə əlaqələr qurur və ən yaxşı portuqal yazıçılarının əsərlərini nəşr etdirir. Böyük salonda, sütunların altında Kamilo Kastelo Branko, Esa de Keyros, Antero de Kental, Tomas Ribeyro, Teofilo Braqa və Gerra Junkeyronun büstləri də bu sevgini əks etdirir.

İkimərtəbəli bina 1906-cı il yanvarın 13-də həm Portuqaliya, həm də Braziliya cəmiyyəti üçün mühüm sosial tədbirin bir hissəsi olaraq istifadəyə verilib. Mağazanın açılışı görkəmli siyasətçiləri, rəssamları və şəhərin elitasını bir araya gətirib və onlar məkanın ideoloji ilhamçısı Xose Lellonun xəyalının gerçəkləşməsini alqışlayıblar. Məşhur portuqal yazıçısı Gerra Junkeyro da açılışda iştirak edib. İndi kitab evində yazıçının guşəsinin olması da təsadüfi deyil.

1981-ci ildə Portuqaliyanın Mədəniyyət Nazirliyinə binanın mədəniyyət abidələri siyahısına daxil edilməsi təklif olunub. Bu proses yalnız 20 sentyabr 2013-cü ildə, "Livraria Lello" ictimai əhəmiyyətli abidə kimi tanındıqda tamamlanıb.

"Harri Potter"in yazıldığı mağaza

Lellonun mağazası təkcə öz fasad memarlığı və daxili dekorasiyası ilə məşhurlaşmayıb, "Harri Potter" kitab seriyasının müəllifi Coan Roulinq ona dünya şöhrəti gətirib. Deyilənlərə görə, müəllif Lellonun gözəlliyinə o qədər heyran olub ki, onun mükəmməlliyini sehrbazlar haqqında romanının səhifələrinə köçürüb. Lellonun kitab mağazasının pilləkənləri ilə Hoqvartsda - sehrbazlıq və cadugərlik məktəbində təsvir olunan pilləkən arasında həqiqətən də böyük oxşarlıqlar var.

Hoqvarts üçün geyimlərin təsadüfi olmadığı da buna misaldır. Müəllif Portuqaliyadakı tələbələrin qara kostyum və paltodan ibarət geyimindən ilhamlanıb. Kitabxana Portu Universitetinin binası yaxınlığında - Qomes Teyşeyra meydanında yerləşdiyi üçün tələbələrin buraya baş çəkmək ehtimalı yüksək olub.

Qeyri-adi pilləkənlərin cəlbediciliyi

Mağazada seçim çoxdur. Əlbəttə ki, "Harri Potter" romanının cildlərini buradan ingilis dilində almaq olar, lakin kitabların çoxu portuqal dilindədir.

Adi kitablarla yanaşı, Lelloda siz "Balaca şahzadə" və ya "Alisa möcüzələr diyarında" kimi kitabların çox nadir nüsxələrini də görə bilərsiniz. Heç bir şey almasanız, çıxdığınız zaman Lello haqqında broşür və ya suvenir əldə etmək olur.

10 il əvvəl Lelloda fotoşəkil çəkmək qadağan idi. İndi isə "Lello və qardaşı" çoxdan bir kitab mağazasından "Harri Potter"in mağazasına və ya kitabxanasına çevrilib. Sosial platformalar onun qeyri-adi pilləkənlərinin fotoşəkilləri ilə doludur.

Lello qardaşlarının latın dilində yazılmış və "Əməkdə şərəf" mənasını verən şüarı isə bir əsr keçsə də, aktuallığını itirməyən inanc kimi insanları mağazaya cəlb etməkdədir...


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 795   Tarix: 16 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr