Ərdoğandan Xameneiyə Əsəd rejiminə haqq qazandırmaq İTTİHAMI
Ərdoğan xatırladıb ki, Bəşər Əsəd yüz minlərlə insanın ölümünə görə məsuliyyət daşıyır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın ali dini lideri Əli Xameneini Bəşər Əsəd rejimini dəstəklədiyinə görə tənqid edib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Ərdoğan xatırladıb ki, Suriya lideri yüz minlərlə insanın, o cümlədən müxtəlif dini və etnik qrupların - şiələr, sünnilər, xristianlar, ermənilər, druzlar, yezidilər və başqalarının nümayəndələrinin ölümünə görə məsuliyyət daşıyır.
Türkiyə prezidentinin sözlərinə görə, onun qınaqlarına cavab olaraq Xamenei deyib ki, Əsəd guya İsrailə qarşı çıxan yeganə liderdir.
Ərdoğan belə bir bəhanənin legitimliyinə şübhələrini ifadə edərək, Xameneinin liderlik keyfiyyətlərini və mənəvi mövqeyini şübhə altına alıb.
"Sizcə Xamenei mənə nə cavab verdi? O, Əsəd İsrailə qarşı çıxan yeganə adamdır! İndi soruşuram ki, Xamenei kimi biri real liderliyə layiqdirmi?!", - Ərdoğan vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1592 Tarix: 16 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NASA könüllülər axtarır
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars missiyalarına hazırlıq məqsədilə bir il davam edəcək simulyasiya proqramı üçün dörd könüllü axtardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, "Ay və Marsın Kəşfiyyat Simulyasiyası" adlanan proqramın 2027-c
10 iyulBritaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək
9 iyulRusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyulCey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyulTusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır
Kiyev Varşava ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmalıdır. "Report" Polşa mediasına istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bugünkü mətbuat konfransında deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UP
5 iyulABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub
ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras
5 iyulŞahzadə Harri İngiltərədə - Saraya buraxılmadı
ABŞ-da həyat yoldaşı və övladları ilə birlikdə yaşayan Şahzadə Harri "Invictus Oyunları"nda iştirak etmək üçün bir həftəlik səfərlə Böyük Britaniyaya gəlib. Səfərinin ilk günündə onun yerləşməsi ilə bağlı problem yaşanıb. Qaynarinfo xəbər verir ki, Sasseks hersoqunun sözçüsü bildirib ki, Harriy
9 iyul