Dünyanın ən sıx şəhərləri – Bakıya şükür edəcəksiniz

Dünyanın ən sıx şəhərləri – Bakıya şükür edəcəksinizUrbanizasiya prosesi müasir dünyanın ən aktual problemlərindən biridir. Sivilizasiya inkişaf etdikcə, insanlar əyalətlərdən şəhərlərə köçür, şəhərətrafı ərazilər genişlənir, nəticədə meqapolislər meydana gəlir. Bu yazıda dünyanın ən sıx əhaliyə malik şəhərlərindən söz açacağıq. Əminəm ki, məqaləni oxuyandan sonra sıxlığından şikayətləndiyiniz Bakımıza şükür edəcəksiniz.

Tokio - 37,7 milyon

Dünyanın ən sıx şəhəri Yaponiyanın paytaxtı Tokiodur. Burada hər kvadrat kilometrə 4600 nəfər düşür. Ərazisinə və böyüklüyünə görə isə şəhər dünyada beş ən böyük şəhərlərdən biri sayılır.

Tokio 19-cu əsrdən etibarən sürətlə böyüməyə davam edir. Şəhər əhalisinin sayı qısa zamanda bir milyonu keçəndən sonra vətəndaşlar arasında sözün əsl mənasında torpaq uğrunda mübarizə başlamışdı. Böyük insan axınının qarşısında çıxış yolları axtaran hökumət nəhəng göydələnlər ucaltmağa, hətta ətrafda süni adalar yaratmağa başladı.

Cakarta - 33,8 milyon

Əhali sayına görə dünyanın ikinci ən böyük şəhəri İndoneziyanın paytaxtı Cakartadır. Cakartada hər kvadrat kilometrə 9500 nəfər düşür. Təbii ki, bu sıxlıq meqapolislərin tipik problemlərinə, əsasən də qarşısıalınmaz maşın tıxaclarının yaranmasına səbəb olur. Bir neçə il öncə dövlət Cakartada qeyri-adi bir qadağa tətbiq etmişdi, belə ki, sərnişin sayı 3 nəfərdən az olan avtomobillərin şəhər mərkəzinə gediş-gəlişinə icazə verilmirdi. İş yeri şəhərdə olan insanlar mərkəzə getmək üçün birləşib avtomobil kirayələyirdilər. Bu qanun tıxacların qarşısını qismən də olsa alırdı.

Hazırda İndoneziya hökuməti şərti olaraq, "Yeni Cakarta" adlandırılan və Borneo adasında yerləşən Nusantara adlı şəhər inşa edir. İndoneziyanın paytaxtının bura köçürülməsi də planlaşdırılır. Köçürülmə planı həm də Cakartanın əlverişsiz təbii şəraitinə görədir. Nə vaxtsa bataqlıqda salındığı üçün şəhərin yavaş-yavaş su altında qalacağı ehtimal edilir.

Dehli - 32,2 milyon

Hindistanın paytaxtı Dehlidə isə bir kvadrat kilometrə 13700 nəfər düşür. Dehli həm də dünyanın ən çirkli şəhərlərindən biri, bəlkə də birincisidir. Şəhər əhalisinin böyük əksəriyyəti işığın, su xəttinin və kanalizasiyanın mövcud olmadığı gecəqondularda yaşayır. Günlərlə davam edən çirkli, dumanlı hava şəraiti ucbatından Dehli və ətraf ərazilərdə kilometrlərlə ölçülən maşın tıxacları saatlarla uzana bilir.

Quançjou - 26,9 milyon

Çinin Quançjou şəhərində əhali sıxlığı bir kvadrat kilometr üçün 5900 nəfər təşkil edir. Bu şəhər həm də öz ətrafına iqtisadi, əmək, mədəni və məişət əlaqələri ilə bağlı çoxlu şəhər, eləcə də yaşayış məntəqələri toplayıb. Quançjou Çinin milli ticarət, mədəniyyət və iqtisadiyyat mərkəzi olmaqla yanaşı ölkənin cənub hissəsinin əsas şəhəridir. Şəhərin əsas iqtisadi məşğulluğunu burada yerləşən böyük yük limanı təmin edir.

Mumbay - 25 milyon

Dünyanın əhali sayına görə ən böyük şəhərlərindən söz açırıqsa, Hindistanın Mumbay şəhərini siyahıdan kənarda saxlamaq olmaz. Ən maraqlısı isə odur ki, Mumbayda hər kvadrat kilometrə düşən insan sayı Dehlidən iki dəfə çox – 25.600 nəfərdir. Həqiqətən ağlasığmazdır! Bəs, Mumbayın bu qədər izdihamlı olmasına səbəb nədir? Məsələ orasındadır ki, Hindistanın kino mərkəzi olan Bollivud burada yerləşir. İnsanlar bu şəhərə daha çox iş tapmaq ümidi ilə axın edirlər. Bundan başqa Mumbayda tez-tez fərqli formatda müxtəlif yürüşlər, dini bayramlar keçirilir. Bu da şəhərə çoxlu turistin gəlməsi deməkdir. Nə qədər ağrılı olsa da Mumbayı turistlər üçün maraqlı edən daha bir özəllik Dharavi gecəqondularıdır. Lakin Dharavi sakinlərinin böyük hissəsi ağır yoxsulluq içində yaşayır və bəzən, özlərinə çörək belə ala bilmirlər.

Şanxay - 24 milyon

Çinin ən böyük şəhərlərindən olan Şanxayı Avstraliya qitəsi ilə müqayisə etmək olar. Avstraliyada cəmi 26 milyon insan yaşayır və əhali sıxlığı 4 nəfər/kv.km-dən çox deyil. Şanxayda isə kvadrat kilometrə 5.600 nəfər düşür. Şanxay həmçinin Çinin ən böyük maliyyə mərkəzidir. Quançjouda olduğu kimi burada da şəhərin əsas məşğulluğu nəhəng limanın hesabına ödənir.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, əhali sıxlığına baxmayaraq, Çin hökuməti bu sıxlığın və tıxacların öhdəsindən uğurla gəlir. Buradakı mürəkkəb metro sxemi həmişə turistlərin marağına səbəb olur. Şəhərin metro xəttinin ümumi uzunluğu 802 km-dir. Yeraltı nəqliyyat insanları istədiyi ünvana çox sürətlə çatdıra bilir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1684   Tarix: 16 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr