900 min il əvvəl texnologiyada hansı böyük sıçrayış baş verib?
Təxminən 900 min il əvvəl İspaniyada "daş texnologiyası 2.0" adlı böyük bir sıçrayış baş verib.
Qaynarinfo bu barədə "Science Alert" jurnalına istinadən xəbər verir.
Santiaqo de Kompostela Universitetindən antropoloq Dieqo Lombao və onun komandası Avropadakı ən qədim inkişaf etmiş daş alət istehsal texnikalarını İspaniyanın şimal-şərqində yerləşən El Barrank de la Boella arxeoloji məntəqəsində aşkar ediblər. Bu texnoloji sıçrayış, müasir insanlarla Neandertalların ayrılmasından əvvəl baş verdiyi üçün, yəqin ki, bizim ortaq əcdadlarımız və ya məhv olmuş digər insan növləri tərəfindən inkişaf etdirilib.
Lombao və komandasının araşdırmalarına görə, burada istifadə edilən texnikalar inkişaf etmiş texnologiya və planlama bacarığını nümayiş etdirir. Daş alətlərin ümumi bir şablon əsasında hazırlandığı və xüsusi məqsədlərə uyğun iri ölçülü alətlərin istehsal edildiyi müəyyən olunub. Bu, qədim insanların düşünmə və əvvəlcədən planlaşdırma qabiliyyətinə malik olduğunu göstərir.
İlk daş alətlər (Oldovan/Mod 1 olaraq təsnif edilir) təxminən 3 milyon il əvvəl Afrikada hazırlanlb. Lombao tərəfindən müəyyən edilən Mod 2 (Aşelyan) texnikaları isə sadə üsulları daha da təkmilləşdirərək sümük və odun kimi əlavə materialların istifadəsi ilə simmetrik və inkişaf etmiş alətlərin istehsalını əks etdirir.
El Barrank de la Boellada yaşayan insanlar yerli materiallardan müxtəlif mərhələlərdə istifadə edərək balta və bel kimi alətlər hazırlayırdılar. Kiçik alətlər üçün çaxmaqdaşı, böyük alətlər üçün isə şist daşına üstünlük verilirdi. Lakin bu texnologiyanın məhz burada yaranmadığı güman edilir, çünki oxşar texnikalara başqa bölgələrdə, məsələn, Levantdakı Ubeidiya ərazisində də rast gəlinib.
Araşdırmaçılar bu texnikaların Afrikadan təxminən 1,4 milyon il əvvəl Avropaya köç edən insanlar tərəfindən gətirildiyini ehtimal edirlər. Bu kəşf, qədim insanların zehni modellər qurmaq, qabaqcadan düşünmək və planlama bacarıqlarının inkişaf etdiyini nümayiş etdirir. Lombao qeyd edir ki, bu yeniliklər ani deyil, Afrikadan Avropaya bir neçə dalğa şəklində gələn texnoloji dəyişikliklərin nəticəsidir.
Təxminən 300 min il sonra insanlar daha bir sıçrayış edərək, bu gün də töhfə verdiyimiz mədəni irs dövrünə keçiblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Dünyanın ən zəngin futbolçularından biri klubsuz qaldı
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)