"Məktəblərdə şagird davranış qaydaları tətbiq olunmalıdır" - AÇIQLAMA

"Məktəblərdə şagird davranış qaydaları tətbiq olunmalıdır" - AÇIQLAMASosial şəbəkələrdə Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb.

Məsələ ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı bildirilib.

Bəs görəsən məktəbdə baş verən bu hadisələrin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib:

"Hələ sentyabr ayından mən şəxsən bildirmişəm ki, bütün məktəblərimizdə şagird sayından, paytaxt və regionda yerləşməsindən asılı olmayaraq şagird davranış qaydaları artıq özünün bütün maddələri ilə tətbiq olunmalıdır. Bu tədris ilinin əvvəlindən bəri bu cür hadisələr baş verməkdə davam edir. Bu hadisələrin arasında şagirdlərin bir-birini bıçaqlama halları da az deyil. Təxminən 2 həftə əvvəl rəsmi şəkildə bildirmişik ki, bizdə şagird qaydaları bütün məktəblərdə tətbiq olunacaq. 3 ilə yaxındır ki, biz bunu gözləyirik. Paytaxt Bakıda az sayda məktəbdə pilot layihə tətbiq olunur. Amma bu barədə ictimaiyyətə məlumat verilmir. Düzdür, şagird davranış qaydalarında müəyyən qədər ifrata varmalar var. Amma məktəbdə bu kimi neqativ halların qarşısını almaqdan ötrü çox yaxşı və praktiki qaydalar var. Şagird davranış qaydaları tətbiq olunmayana qədər əmin ola bilərsiniz ki, bu kimi halların şahidi olacağıq.
"Məktəblərdə şagird davranış qaydaları tətbiq olunmalıdır" - AÇIQLAMASumqayıtda baş verən hadisənin də kökündə məhz həmin qaydaların tətbiq olunmaması durur. Məni narahat edən məsələlərdən biri də budur ki, biz məktəbdə bu kimi halların qarşısının alınmasına fokuslanmaqdansa, haqlı və haqsız tərəf axtarırıq. Bir qisim deyir, bu hərəkət müəllim adına yaraşmır, digər qisim isə deyir ki, müəllim düz edib. Amma bizə haqlı və ya haqsız axtarmaqdan çox, əl-ələ verib bu məsələni həll etməyə çalışmaq lazımdır. Bu gün şagirdin başına stul vurulubsa, sabah daha böyük problemlə nəticələnəcək addım atıla bilər. Bunu müəllim edirsə, məktəbin imicinə ikiqat zərər gəlir. Belə olan halda heç kəs düşünmür ki, müəllim də insandır, onun da əsəblərinin tab gətirmədiyi hallar var. Gəlin açıq danışaq. Hər birimizin həyatımızda elə situasiyalar baş verib ki, valideyinlərimiz hədsiz dərəcədə əsəbləşiblər, stres yaşayıblar. Bu valideyinin doğma övladı ilə olan münasibətdir. Bir sinifdə 30-dan yuxarı şagird olanda və onların hərəsi ayrı mühitdən gələndə görün müəllim hansı stresləri keçirir. Mən bunları ona görə demirəm ki, müəllimə haqq qazandırıram. Belə deyil. Şagird də bizimdir, müəllim də. Gəlin ortaq bir nöqtədə dayanaq. Bu hadisədə müəllimlə bağlı hüquqi qaydada tədbir görüləcək. Əmin olun ki, bu dəqiqə ən çox pis olan elə həmin müəllimin özüdür. Hətta bu cəzalar, müzakirələr olmasaydı da, müəllim yenə özünü günahkar sayacaqdı. Buna tam əmin ola bilərsiniz. Bu məsələlərin həlli üçün ortaq yol tapılmalıdır. Həmin yol da məktəblərdə şagird davranış qaydalarının tətbiq olunmasıdır".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1974   Tarix: 18 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Xəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər

Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın

26 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

26 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr