"Sednaya həbsxanası muzey olacaq" - Suriya lideri

"Sednaya həbsxanası muzey olacaq" - Suriya lideri"Bildiyiniz kimi suriyalılar bir çox ölkəyə sığınıblar, lakin onlara ən çox sarılan, hörmət edən ölkə Türkiyə olub. Ümid edirəm ki, Suriya bu yaxşılığı unutmaz. Strateji əlaqələr olacaq. Türkiyənin yeni Suriya dövlətinin qurulmasında bir çox prioritetləri var".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Yeni Şafak" qəzetinə müsahibəsində Suriyanın yeni lideri Əhməd əl-Şaraa deyib.

O, suriyalı qaçqınlara dəstək olan Türkiyəyə minnətdarlığını ifadə edərək, iki ölkə arasında strateji əlaqələrin inkişaf edəcəyini vurğulayıb:

"Biz Türkiyənin iqtisadi inkişaf təcrübələrini Suriyaya köçürməsinə də inanırıq. Sosial əlaqələri qoruyub saxlayacağıq. Eyni anları sevgi və səmimiyyətlə paylaşacağıq və bu qələbə təkcə Suriya xalqının deyil, həm də türk xalqının qələbəsidir".

Əhməd əl-Şaraa bildirib ki, Dəməşqin "inkişaf paytaxtı" kimi yenidən qurulması planlaşdırılır.

O, yeni hökumətin prioritetlərinin sabitlik, iqtisadi inkişaf və qaçqınların geri qayıdışı olacağını bildirilib: "İndi ən çətin hissəni geridə qoyduq. Suriya xalqı öz torpaqlarına çox bağlıdır və bir çox evlərin dağıldığı məlumdur. Biz insanların öz ölkələrinə, doğma şəhərlərinə qayıtması üçün əlverişli mühit yaratmaqla bu vəziyyəti həll etməliyik. Düşünürəm ki, əhalinin yarısı kütləvi şəkildə Suriyaya qayıdacaq".

Sednaya həbsxanasından danışan Suriya lideri oranın muzey olacağını deyib: "Sednaya həbsxanasında gördüyünüz kimi rejim çoxlu qırğınlar törədib. Şübhəsiz ki, bu həbsxana Suriya xalqının tarixində qara ləkədir. Biz çalışacağıq ki, bu həbsxanada baş verənlərə görə məsuliyyət daşıyan hər kəs, xüsusən də işgəncə verənlər məsuliyyətə cəlb olunsun. Sednaya həbsxanası haqqında da fikrimiz var. Buranı muzey və abidə kimi qoruyub saxlamalayıq. Bunu rejimin cinayətlərinin və Suriya xalqına etdiklərinin sübutu kimi həyata keçirmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1545   Tarix: 19 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)

Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5

25 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq

Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana

23 sentyabr
.

İran prezidenti yeni ali liderin niyə ictimaiyyət qarşısına çıxmadığını izah etdi

İran prezidenti Məsud Pazeşkian ölkənin yeni ali liderinin səhhətinin yaxşı olduğunu, lakin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etməkdən çəkindiyini bildirib. xəbər verir ki, CBS News -a verdiyi müsahibədə o, həmçinin ali liderlə görüşlərindən və dövlət qərarlarının qəbul edilməsindək

26 sentyabr
.

ABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini

25 sentyabr
.

ABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq

İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir

25 sentyabr
.

Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini

25 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr
.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr