Qərbi Azərbaycan Xronikası: Oğlanların "ciyər axşamı" mərasiminin əsas qaydaları

Qərbi Azərbaycan Xronikası: Oğlanların "ciyər axşamı" mərasiminin əsas qaydalarıQərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Toy günü qırmızı almanın verilmə səbəbi" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Dərələyəz elində bayram adətləri, toy keçirmə qaydalarından söz açıb.

O bildirib ki, Dərələyəz mahalında toyların, bayramların keçirilmə qaydası müxtəlif olub. Xəşilin üzərinə bəkməzdən günəş şəkli adətə görə çəkilirdi. Hamamdan çıxandan sonra heyva dilimləyib yemək, həmçinin ilaxır çərşənbə gecəsi xeyir-şər ruhları fəallaşır deyə qədr tutmaq lazımdır.

O, oğlan uşağını küldən çıxarmaq adətinin mənası, toylarda verilən yeməklər, alma ilə vurma adəti, toy günü qırmızı almanın verilmə səbəbi, oğlanların "ciyər axşamı" mərasiminin əsas qaydaları ilə bağlı maraqlı faktlara aydınlıq gətirib.

A.Cəfərova qızların hamamlaşma mərasimi zamanı oynadıqları oyunlar və oxuduqları mahnılardan da danışıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1337   Tarix: 22 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?

Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli

12 oktyabr